«Rumlular» surəsi (30) 16 -24 -cü ayətlər
(16).Və amma o kəslər ki, kafir olub və yalan saydılar ayətlərimizlə Bizi və axirət görüşünü – həmin onlar əzabda hazır olacaqlar. (17).Pak və müqəddəs sayın Allahı axşam və sübh sizi bürüyəndə! (18).Onun üçündür həmd səmalarda və ərzdə, axşam və günorta! (19).Xaric edər dirini meyyitdən və xaric edər meyyiti diridən və həyat verər ərzə ölümündən sonra və beləcə siz də xaric olacaqsınız! (20).Onun ayətindəndir ki, xəlq etdi sizi torpaqdan. Sonra onda ki, siz bəşərsiniz, hər tərəfə yayılarsınız. (21).Onun ayətindəndir ki, xəlq etdi sizin üçün öz nəfsinizdən zövc, ona görə ki, siz onunla sakin olasınız. Etdi aranızda məhəbbət və rəhmət. Həqiqətən, bunda ayətlər var fikirləşən qoum üçün! (22).Onun ayətindəndir səmaların və ərzin xəlq olunması və dillərinizin və rənglərinizin müxtəlifliyi. Həqiqətən, bunda ayətlər var alimlər üçün. (23).Onun ayətindəndir gecədə yuxunuz və gündüzdə Onun fəzlindən axtarmanız. Həqiqətən, bunda ayətlər var eşidəcək qoum üçün. (24).Onun ayətindəndir ki, göstərir sizə bərqi xof və təmənna olaraq. Nazil edir səmadan su və həyat verir onunla ərzə ölümündən sonra. Həqiqətən, bunda ayətlər var əql edən qoum üçün.
Dostları ilə paylaş: |