(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Mim! (2).Bunlar hikmətli kitabın ayətləridir, (3) hidayətdir və rəhmətdir yaxşılar üçün - (4) o kəslər ki, ayağa qalxırlar islahata və əta edirlər zəkatı və onlar axirət ilə yəqindirlər. (5).Həmin onlar üzərindədirlər hidayətin Rəblərindən və həmin onlar nicat tapanlardır! (6).Və insanlardan var o kəs ki, elmsizlikdən satın alır mənasız hədisləri, zəlalətə salmaq üçün Allah yolundan və onu əyləncəyə tutur. Həmin onlar üçündür alçaldıcı əzab. (7).Onda ki, tilavat olunur onun üzərinə ayətlərimiz, təkəbbürcəsinə üz çevirir, elə bil ki, onu eşitməyir, elə bil ki, qulaqlarında onun ağırlıq var. Bəşarət ver ona ələmli əzabla! (8).Həqiqətən, o kəslər ki, inanırlar və əməlləri islahatdır, onlar üçün nemətli cənnətlər var - (9) həmişəlik orada qalacaqlar Allahın haqq vədinə görə. O Əzizdir, Həkimdir! (10).Xəlq etdi səmaları dirəksiz, necə ki, görürsünüz onu. Atdı ərzə möhkəm dayaqlar ki, sizinlə birlikdə titrəməsin. Və qaldırdı orada külli canlılardan. Biz nazil etdik səmadan su və bitirdik orada külli kəramətli zövcdən. (11).Bu, xəlq etdiyidir Allahın. Göstərin mənə nə xəlq edib Ondan başqa olan kəslər. Bəli, zalimlər aşkar zəlalətdədirlər!