«Səcdə» surəsi (32) 12 -20 -ci ayətlər
(12).Əgər görəsən onda ki, cərimə olunmuşlar Rəblərinin hüzurunda başlarını aşağı salıb: «Rəbbimiz! Gördük və eşitdik. Bizi qaytar ki, saleh əməl edək! Həqiqətən, biz yəqin etdik!» (13).Əgər Biz istəsəydik əta edərdik külli nəfsə hidayəti. Lakin haqq oldu Mənim tərəfimdən söz: «Dolduracağam cəhənnəmi cinlərlə və insanlarla cəmiyyən!» (14).Dadın nə ilə ki, unutdunuz bu görüş gününüzü! Biz də sizi unutduq və dadın həmişəlik əzabı nə ilə ki, oldunuz əməllilər! (15). Həqiqətən, inanırlar ayətlərimizlə Bizə o kəslər ki, onda ki, o zikr edilir onlara, xar olurlar səcdəynən və saya salırlar həmd ilə Rəblərini və onlar təkəbbürlük etmirlər! (16).Özlərini yatacaqdan kənara çəkib, çağırırlar Rəblərini xoflanaraq və təmənna edərək. Və nədən ki, onları ruziləndirmişik, infaq edirlər. (17).Bilməz nəfs ki, etdikləri əməllərə görə onlar üçün nə qədər göz işıqlandıracaq mükafat məxfi saxlanıb. (18).Ə, kim ki, oldu inanan, o kəs kimidirmi fasiq olubdur? Onlar bərabər ola bilməzlər! (19).Amma o kəslər ki, inanırlar və əməlləri islahatdır, onlar üçün əməllərinə xatir cənnət yurdu sığınacaq yerləri olacaq. (20).Amma o kəslər ki, fasiqdirlər, onların yerləri oddur. Külli nə ki, istəyələr ki, xaric olalar ondan, onları qaytararlar ora və deyilər onlar üçün: «Dadın od əzabını ki, onu yalan sayırdınız!»
Dostları ilə paylaş: |