«Dəstələr» surəsi (33) 23 -30 -cu ayətlər
(23).İnananlardan kişilər var ki, sadiqdir Allahla olan əhdinə. Onlardan kimisi öz əhdini yerinə yetirdi və kimisi intizar çəkir. Dəyişmədilər dəyişikliknən, (24) ona görə ki, mükafat verə Allah sadiqlərə onların sidqlərilə və əgər istəsə əzab edə münafiqlərə, ya qayıda üzərinə onların. Həqiqətən, Allah oldu Ğəfur, Rəhim! (25).Rədd etdi Allah o kəsləri ki, kafirdirlər, öz qeyzləri ilə xeyirə nail olmamış. Kafidir Allah inananlara vuruşda. Allah Qəvidir, Əzizdir! (26).Nazil etdi əhli kitabdan o kəsləri ki, onları müdafiə edirdilər, öz qalalarından aşağı. Onların qəlblərinə qorxu saldı. Onlardan bir firqəsini qətlə yetirib və bir firqəsini əsir etdiniz. (27).Və O varis etdi sizi onların ərazisinə və diyarlarına və mallarına və o əraziyə ki, ayaqlarınız ona yetişməmişdi! Oldu Allah külli şey üzərində Qadir! (28).Ay nəbi! Zövcələrinə de: «Əgər siz dünya həyatını və onun zinətini istəyirsinizsə, onda gəlin sizi münasib mətahla və gözəl tərzdə sərbəst buraxım! (29).Və əgər Allahı və Onun rəsulunu və axirət evini istəyirsinizsə, onda Allah sizlərdən yaxşılıq edənlərə əzəmətli əcr hazır edib. (30).Ay nəbinin qadınları! Sizdən kim aşkar fahişəlik edərsə, artırarıq onun üçün əzabı ikiqat olaraq. Oldu bu, üzərində Allahın asan!
Dostları ilə paylaş: |