«Dəstələr» surəsi (33) 63 -73 –cü ayətlər
(63).Sual edirlər insanlar səndən saat haqqında. De: «Onun elmi yalnız Allah yanındadır!» Sən nə bilirsən, ola ki, saat yaxın olsun. (64).Həqiqətən, Allah lənət edib kafirlərə və onlar üçün yanar od hazırlayıb - (65) həmişəlik orada əbədi. Tapa bilməzlər vəli və nəsir. (66).O gün ki, çevirilər üzləri oda tərəf, onda deyərlər: «Kaş ki, biz itaət edəydik Allaha və itaət edəydik rəsula!» (67).Dedilər: «Rəbbimiz! Biz itaət etdik seyidlərimizə və böyüklərimizə və onlar bizi yoldan zəlalətə saldılar! (68).Rəbbimiz! Əta et onlara əzabdan ikiqat və lənətlə onları böyük lənətlə!» (69).Ay o kəslər ki, inanırsınız! Olmayın o kəslər kimi ki, Musaya əziyyət edirdilər. Allah onu uzaq və pak etdi ondan ki, onlar deyirdilər və o, Allah yanında hörmətli oldu. (70).Ay o kəslər ki, inanırsınız! Qorxun Allahdan və dürüst söz söyləyin. (71).O islah edər sizin əməllərinizi və bağışlar sizin üçün günahlarınızı. Kim itaət edərsə Allaha və Onun rəsuluna, fəqət o, əzəmətli səadətə çatmış olar. (72).Biz əmanəti səmalara və ərzə və dağlara göstərdik, onlar imtina etdilər onunla yüklənməkdən və titrədilər ondan. İnsan isə onunla yükləndi. Həqiqətən, o, zalim və cahil oldu! (73).Ondan ötrü ki, Allah əzab etsin münafiq kişiləri və münafiqə qadınları, müşrik kişiləri və müşrikə qadınları və qayıtsın Allah üzərinə inanan kişilərin və inanan qadınların. Oldu Allah Ğəfur, Rəhim!
Dostları ilə paylaş: |