«Səba» surəsi (34) 15 -22 –ci ayətlər
(15).Əlbəttə, oldu Səba üçün onların məskənlərində ayət. İki bağ – sağda və solda. Yeyin ruzilərindən Rəbbinizin və şükr edin Ona! Pak ölkə və Ğəfur Rəbb! (16).Ancaq onlar üz döndərdilər və Biz də göndərdik üzərinə onların Ərim selini və dəyişdik onların bağlarını iki bağçaya, hansı ki, meyvələri acı və bədməzə və şorzar və azca sidr ağacları idi. (17).Bu, onların cəzasıdır nə ilə ki, kafirdirlər! Biz kafirlərdən başqalarına belə cəzamı verərik? (18).Etdik onların arasında və o diyarlar arasında, hansı ki, bərəkətli etmişdik oranı gözlər üçün zahir olan diyarlar. Və qədərində etdik orada seyr etməyi: «Seyr edin orada gecə və gündüz əminliknən!» (19).Dedilər: «Rəbbimiz! Artır bizim səfərlərimizin arasını!» Zülm etdilər öz nəfslərinə və Biz də etdik onları hədislər və xırda hissələrə dağıtdıq. Həqiqətən, bunda ayətlər var külli səbr edən və şükr edənlər üçün. (20).Əlbəttə, doğru etdi onların üzərində iblis öz zənnini və tabe oldular ona, ancaq bir dəstə inananlardan başqa. (21).Olmadı onun üçün onlar üzərində sultanlıq, ancaq ki, Bizim məlum etməmiz üçün axirətə inanan kəsi, ona şəkk edən kəsdən və sənin Rəbbin üzərində külli şeyin Hafizdir! (22).De: «Çağırın o kəsləri ki, Allahın əvəzinə güman edirdiniz!» Onlar malik deyillər misqalın zərrəsinə səmalarda və ərzdə və yoxdur onlar üçün onlarda şəriklik və yoxdur Onun üçün onlardan arxa!
Dostları ilə paylaş: |