«Yəsin» surəsi (36) 71 -83 -cü ayətlər
(71).Ə, onlar görməzlərmi, Biz xəlq etdik onlar üçün əllərimizlə əmələ gətirdiyimiz davarlardan və onlar ona sahib olurlar? (72).Biz onu onlara ram etdik. Ondan var ki, süvar olurlar və ondan var ki, yeyirlər. (73).Onlar üçün onda mənfəət və içəcək var. Ə, şükr etməzlərmi? (74).Götürdülər Allahdan başqa ilahilər, ola ki, yardım alsınlar. (75).Bacarmazlar onlara yardım etməyə və özləri onlar üçün hazır əsgərlərdir. (76).Hüznlü etməsin səni onların sözləri. Həqiqətən, Biz bilirik nə ki, sirli edirlər və nə ki, elan edirlər. (77).Ə, görməzmi insan, Biz xəlq etdik onu nütfədən və onda ki, o xosunlaşar aşkar? (78).Məsəl vurur Bizə və öz xəlq olunmasını yaddan çıxardır. Dedi: «Kim həyat verəcək sümüklərə və o, çürüyüb?» (79).De: «Onlara həyat verər o kəs ki, inşa etdi onları əvvəl dəfədə və O küllisi ilə xəlqin Alimdir! (80).Odur ki, etdi sizin üçün yaşıl ağacdan od və onda ki, siz ondan yandırırsınız». (81).Ə, O kəs ki, xəlq etdi səmaları və ərzi, qadir deyilmi onların mislini xəlq etməyə? Bəli! O Xaliqdir Alim! (82).Həqiqətən, əmri Onun, onda ki, iradə edə bir şeyə, ancaq deyir: «Ol!» və olur. (83).Sübhandır O kəs ki, külli şeyin hakimiyyəti Onun əlindədir və Ona tərəf müraciət edəcəksiniz!
Dostları ilə paylaş: |