«Səflərdə duranlar» surəsi (37) 52 -76 -cı ayətlər
(52).Dedi: “Ə, həqiqətən, sən təsdiq edənlərdənsən? (53).Ə, onda ki, biz öldük və çürümüş sümüklər olduq, ə, biz mühakimə olunacağıqmı?”» (54).Dedi: «Məgər siz baxmırsınızmı?» (55).Və baxdı o biri, gördü onu ortasında cəhənnəmin. (56).Dedi: «And olsun Allaha! Həqiqətən, sən hazır idin məni həlak etməyə. (57).Əgər Rəbbimin neməti olmasaydı, mən hüzura gətirilənlərdən olardım. (58).Ə, biz ölməyəcəyik, (59) əvvəlki ölümdən başqa və biz əzab olunanlardan olmayacayıq?» (60).Həqiqətən, bu, əzəmətli uğurdur! (61).Qoy bunun misli üçün fəaliyyət edənlər fəaliyyət etsinlər. (62).Ə, bu, xeyirli təklifdir, yoxsa zəqqum ağacı? (63).Həqiqətən, Biz etdik onu zalimlər üçün sınaq. (64).Həqiqətən, bu, kökü cəhənnəmin dibindən xaric olan ağacdır. (65).Meyvələri şeytanların başları kimidir. (66).Onlar yeyərlər onu və onunla bətnlərini doldurarlar. (67).Sonra isə onlar üçün qaynar içməli su vardır. (68).Sonra, həqiqətən, onların müraciətləri cəhənnəmə tərəfdir. (69).Həqiqətən, onlar öz atalarını zəlalətdə tapdılar (70) və onların izi ilə qovuldular. (71).Əlbəttə, onlardan qabaq əksəriyyəti əvvəlkilərin zəlillər idi. (72).Əlbəttə, göndərdik Biz onlarda nəzərə çatdıranlar. (73).Nəzər sal necə oldu aqibəti nəzərlərinə çatdırılanların. (74).Ancaq Allahın məxlus bəndələrindən başqa! (75).Əlbəttə, Nuh çağırdı bizi və yaxşı cavab verənlərik. (76).Və Biz nicat verdik ona və onun əhlinə əzəmətli bəladan.
«Səflərdə duranlar» surəsi (37) 77 –102 -ci ayətlər
(77).Etdik onun zürriyyətini baqilər. (78).Tərk etdik üzərinə onun axırdakılarda: (79). «Salam üzərinə Nuhun aləmlərdə!» (80).Həqiqətən, belə mükafatlandırırıq yaxşıları! (81).Həqiqətən, o, Bizim inanan bəndələrimizdəndir! (82).Sonra axırdakıları qərq etdik. (83).Həqiqətən, İbrahim onun şiəsindən idi. (84).Onda gəldi Rəbbinə tərəf salim qəlblə. (85).Onda dedi atasına və öz qoumuna: «Nəyə ibadət edirsiniz? (86).Ə, Allahdan başqa yalançı ilahilər istəyirsiniz? (87).Və nə zənn edirsiniz aləmlərin Rəbbi haqqında?» (88).Baxaraq nəzər saldı ulduzlara (89) və dedi: «Həqiqətən, mən xəstəyəm!» (90).Üz döndərdilər ondan idbarlı halda. (91).Daxil oldu onların ilahilərinin yanına və dedi: «Ə, yeməzsinizmi? (92).Nə olub sizə danışmırsınız?» (93).Və yaxınlaşdı onların yanına sağ əli ilə zərbə vuraraq. (94).Ona tərəf üz tutub qaçaraq gəldilər. (95).Dedi: «Ə, siz özünüz yonub düzəltdiyinizə ibadətmi edirsiniz? (96).Və Allah xəlq edib sizi və nə ki, siz əməl edirsiniz onu». (97).Dedilər: «Bina qurun onun üçün və onu atın oda!» (98).Onlar onun əleyhinə fənd etmək istədilər, Biz isə onları səfillər etdik. (99).Dedi: «Həqiqətən, mən Rəbbimə tərəf gedirəm. O məni hidayət edəcək. (100).Rəbbim! Bəxş et mənə salehlərdən!» (101).Biz bəşarət verdik ona həlim oğlanla. (102).Amma elə ki, o, həddi buluğa yetişdi onunla birlikdə, dedi: «Oğlum, yuxuda gördüm səni kəsirəm. Bax gör nə fikirləşirsən!» Dedi: «Ay ata! Sənə nə əmr olunub, əməl et. İnşallah, məni səbrlilərdən taparsan!»
Dostları ilə paylaş: |