(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Sad! And olsun zikri özündə saxlayan Qur’ana. (2).Bəli! O kəslər ki, kafirdirlər, izzət və şəqavət içərisindədirlər. (3).Nə qədər onlardan qabaq nəsillərdən həlak etdik! Onda çağırdılar və daha qaçaq yolları yox idi. (4).Təəccüb etdilər ki, onların özlərindən onlara nəzərə çatdıran gəldi. Və kafirlər dedilər: «Bu, yalançı sehrkardır! (5).Ə, məgər o, ilahiləri Vahid İlahimi edir? Həqiqətən, bu, əcəb bir şeydir!» (6).Və onlardan böyükləri uzaqlaşaraq dedi: «Gedin, səbr edin üzərində ilahilərinizin! Həqiqətən, bu, istənilən bir şeydir. (7).Biz axırıncı millətdə bu haqda eşitməmişik. Həqiqətən, bu, başqa bir xəlq olunmuşdur. (8).Ə, bizim aramızdan zikr onamı nazil edildi?» Bəli, onlar Mənim zikrimdən şəkdədirlər! Bəli, onlar hələ Mənim əzabımı dadmayıblar! (9).Yoxsa onların yanındadır Əziz olan, Vəhhab olan Rəbbinin rəhmət xəzinələri? (10).Yoxsa onlar üçündür mülkü səmaların və ərzin və nə ki, onlar arasında olanların? Qoy onlar qalxsınlar ip ilə! (11).Qoşunlar, nə ki, orada əzildilər bütün dəstələrdən. (12).Yalan saydılar onlardan qabaq Nuh və Ad və Firaun qoumu ki, qüdrət sahibi idilər (13) və Səmud və Lut qoumu və Əykə əshabı. Həmin onlar dəstələr idilər. (14).Həqiqətən, küllisi yalan saydılar rəsulları və haqq oldu əzabım! (15).Onlar ancaq vahid şiddətli səsi görərlər – onun üçün möhlət yoxdur. (16).Və dedilər: «Rəbbimiz! Tezləşdir bizim payımızı hesab günündən qabaq!»