«Sad» surəsi (38) 43 –61 -ci ayətlər
(43).Bəxş etdik ona öz əhlini və mislini onların onlarla birlikdə Öz tərəfimizdən rəhmət olaraq və ağıl sahibləri üçün zikr idi: (44).«Götür əlinlə bir dəstə və vur onunla və günah etmə!» Biz onu səbirli tapdıq. Nemətli bəndə! Həqiqətən, o, qayıdan idi. (45).Zikr et bəndələrimiz İbrahimi və İshaqı və Yəqubu, istiqamət və bəsirət sahibi idilər. (46).Həqiqətən, Biz təmizlədik onları təmizliklə – ev haqqında zikrlə. (47).Onlar Bizim yanımızda seçilmişlərdən, xeyirlilərdəndirlər. (48).Zikr et İsmaili və Əlyəsəi və Zul-Kifli. Onların küllisi xeyirlilərdəndir. (49).Bu, zikrdir və qorxanlar üçün yaxşı mənzil var – (50) Ədn cənnətləri onlar üçün açıq qapılarla; (51) mütəkkələrə söykənərlər orada, çoxlu meyvələr və şərab istəyərlər. (52).Yanlarında onların gözəl baxışlı yaşıdlar var. (53).Budur sizə vəd olunan hesab günü üçün! (54).Həqiqətən, bu, Bizim ruzimizdir, əskilməkdən qorxusu yoxdur. (55).Budur! Həqiqətən, tüğyan edənlər üçün şər mənzil var - (56) cəhənnəm, onlar onda yanarlar və pis yerdir! (57).Budur! Qoy onlar dadsınlar qaynar suyu və irini, (58) başqasını onun cüt şəklində. (59).Bu, dəstədir – ötüşürlər sizinlə: «Yoxdur mərhaba onlar ilə, həqiqətən, onlar vasil olacaqlar oda!» (60).Dedilər: «Bəli, sizsiniz…! Yoxdur mərhaba sizin ilə. Siz bizim üçün bunu hazırladınız və pis qərargahdır!» (61).Dedilər: «Rəbbimiz, kim bizim üçün bunu hazırladı, oddan onun üçün əzabı ikiqat artır!»
Dostları ilə paylaş: |