«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə265/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   261   262   263   264   265   266   267   268   ...   325
«Bəzəklər» surəsi (43)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ha. Mim! (2).And olsun aşkar kitaba! (3).Həqiqətən, etdik Biz onu Qur’an – ərəbi olan, ola ki, əql edəsiniz. (4).Həqiqətən, o ümmil-kitabda yanımızdadır – alidir, həkimdir! (5).Ə, çevirək sizdən zikri ondan ötrü ki, siz israfkar qoumsuz? (6).Nə qədər göndərdik nəbilərdən əvvəllərdə! (7).Nə ki, gəldi onlara nəbilərdən, ancaq oldular onu istehza edənlər. (8).Həlak etdik onlardan daha şiddətlisini və keçdi məsəli əvvəldə. (9).Əgər onlardan sual etsən: «Kim xəlq edib səmaları və ərzi?». Deyərlər: «Xəlq edib onları Əziz, Alim!» (10).Odur ki, etdi sizin üçün ərzi beşik və etdi sizin üçün orada yollar, ola ki, hidayət olunasınız!

«Bəzəklər» surəsi (43) 11 –22 -ci ayətlər
(11).Odur ki, nazil etdi səmadan suyu qədəri ilə və nəşr edərək qaldırdıq onunla ölmüş ölkəni. Beləcə xaric olacaqsınız! (12).Odur ki, xəlq etdi külli zövcləri və etdi sizin üçün gəmilərdən və davarlardan nədə ki, gedirsiniz, (13) ondan ötrü ki, möhkəmlənəsiniz kürəklərində onların, sonra zikr edəsiniz nemətini Rəbbinizin. Onda ki, möhkəmləndiniz üzərində onun və dediniz: «Sübhandır – Odur ki, ram etdi bizim üçün bunu və ona yetişməyə bizdə qüvvə olmadıqda! (14).Həqiqətən, biz tərəfinə Rəbbimizin dönəcəyik!» (15).Etdilər Onun üçün Onun bəndələrindən cüz. Həqiqətən, insan kafirdir aşkar! (16).Yoxsa götürdü nədən ki, xəlq edib qızları və seçdi sizin üçün oğlanları? (17).Onda ki, bəşarət verirlər birinə onların nə ilə ki, zərbə vururlar Rəhman üçün məsəli, zəlil olaraq üzləri qaralır və o, acığını gizlədir. (18).Ə, kim ki, böyüdülüb bərbəzək içərisində və o xosunlaşmaqdadır, qeyri aşkar? (19).Etdilər mələkləri – o kəsləri ki, bəndələridir Rəhmanın, qadınlar. Ə, şahidmi idilər xəlq olunmasına onların? Yazılacaq şəhadəti onların və sual olunacaqlar! (20).Dedilər: «Əgər istəsəydi Rəhman, ibadət etməzdik onlara!» Onların bu haqda elmi yoxdu. Onlar ancaq yalan uydururlar! (21).Yoxsa əta etdik onlara kitabı ondan qabaq və onlar ona istinad edirlər? (22).Bəli! Dedilər: «Biz tapdıq atalarımızı üzərində ümmətin və biz üzərində onların asarlarının hidayət olunuruq!»

«Bəzəklər» surəsi (43) 23 -33 -cü ayətlər
(23).Belə göndərdik səndən qabaq diyarlarda nəzərə çatdırandan, ancaq orada olan sərvətlilərdən dedi: «Biz tapdıq atalarımızı üzərində ümmətin və biz üzərində onların asarlarının addımlayırıq!» (24).De: «Ə, əgər mən gəlsəm sizə daha doğru hidayətlə, nədən ki, tapdınız onun üzərində atalarınızı?» Dedilər: «Həqiqətən, biz, nə ilə göndərilmisiniz, onunla kafirik». (25).Biz intiqam aldıq onlardan və nəzər sal necə oldu aqibəti yalançıların! (26).Onda İbrahim atasına və öz qoumuna dedi: «Həqiqətən, mən uzağam nədən ki, ibadət edirsiniz, (27) ancaq Odur ki, yaratdı məni və həqiqətən, O hidayət edəcək məni!» (28).Etdi bunu qalan kəlmə gələn nəsillərində onun, ola ki, onlar müraciət etsinlər! (29).Bəli, Mən verdim mətah bunlara və atalarına, ta gəldi onlara haqq və aşkar rəsul! (30).Amma elə ki, gəldi onlara haqq, dedilər: «Bu sehrdir və biz ona kafirik!» (31).Dedilər: «Məgər nazil olmalı deyilmi bu Qur’an üzərinə iki kənddən olan əzəmətli kişinin?» (32).Ə, onlarmı təqsim edirlər rəhmətini sənin Rəbbinin? Biz təqsim etdik arasında onların məişətlərini dünya həyatında və rəfləndirdik bəzisini onların fövqündə bəzisinin dərəcələrlə, götürməsi üçün bəzisi onların bəzisini xidmət üçün. Rəhməti Rəbbinin xeyirlidir nədən ki, cəm edirlər! (33).Əgər olmasaydı ki, insanlar vahid ümmət olacaq, gümüşdən edərdik Biz o kəs üçün ki, kafirdir Rəhmana, evinin damını və pillələrini, hansı ki, onun üzəri ilə onlar qalxırlar,
«Bəzəklər» surəsi (43) 34 –47 -ci ayətlər
(34).Və evlərinin qapılarını və söykəndiklərini, hansı ki, ona söykənərlər (35) və bəzəklərini. Külli bunlar, ancaq mətahıdır dünya həyatının və axirət isə yanındadır Rəbbinin, müttəqilər üçün. (36).Kim əyilərsə zikrindən Rəhmanın, ona təqdim edərik şeytanı və o, onun üçün yoldaşdır. (37).Həqiqətən, onlar sədd çəkərlər onlara yoldan və hesab edərlər ki, onlar hidayət olunublar. (38).Ta onda ki, gəldilər Bizim yanımıza, deyər: «Ay kaş, olaydı mənim və sənin aranda uzaqlıq iki məşriq. Pis yoldaşsan!» (39).Heç faydası yoxdur sizin üçün bu gün, ondan ötrü ki, siz zalim idiniz. Həqiqətən, siz əzabda şəriksiniz. (40).Ə, sən eşitdirə bilərsənmi karları, ya hidayət edə bilərsənmi korları və kim zəlalətdə oldu aşkar? (41).Nə vaxt ki, Biz səni aparaq və onda onlardan intiqam alarıq! (42).Ya göstərərik sənə onu ki, vəd vermişik onlara və həqiqətən, Biz üzərində onların qadirik! (43).Yapış onunla ki, vəhy olunur sənə. Həqiqətən, sən üzərindəsən yolun düzünün. (44).Həqiqətən, o zikrdir sənin üçün və sənin qoumun üçün və siz sual olunacaqsınız. (45).Sual et o kəsdən ki, göndərmişik səndən qabaq rəsullarımızdan: «Ə, etdikmi Biz Rəhmandan başqa ilahilər, ibadət edilələr?» (46).Əlbəttə, göndərdik Musanı ayətlərimizlə tərəfinə Firaunun və onun böyüklərinin. Dedi: «Mən rəsuluyam aləmlərin Rəbbinin!» (47).Amma elə ki, gəldi onlara ayətlərimizlə, onda onlar məzhəkə etdilər ondan.

«Bəzəklər» surəsi (43) 48 –60 -cı ayətlər
(48).Göstərmirik onlara ayətlərdən, ancaq böyük olur o birilərindən. Tutduq onları əzabla, ola ki, onlar müraciət etsinlər! (49).Dedilər: «Ay sehrbaz! Çağır bizə Rəbbini sənin yanında olan əhdi ilə. Həqiqətən, biz hidayət olunarıq!» (50).Amma elə ki, şəfa etdik onlardan əzabı, onda onlar üz döndərərək küsdülər. (51).Nida edərək Firaun öz qoumu arasında dedi: «Ay qoumum! Ə, mənim üçün deylmi mülkü Misirin və bu nəhrlər ki, caridir altımdan? Ə, görmürsünüzmü? (52).Yoxsa mən xeyirli deyiləm bundan – odur ki, o bir heçdir və yoxdur az qala bəyanı? (53).Əgər üzərinə onun qızıldan bilərziklər atılsaydı, ya gəlsəydi onunla birlikdə mələklər yoldaşlıq edərək!» (54).O, öz qoumunu yüngül saydı və onlar ona itaət etdilər. Həqiqətən, onlar fasiq qoum olmuşdular! (55).Amma təəssüfləndik, intiqam aldıq onlardan və qərq etdik onları cəmiyyən. (56).Etdik onları sələfilər, yəni keçib getmişlər və məsəl axırdakılar üçün. (57).Amma elə ki, məsəl vuruldu Məryəm oğlundan, onda ki, sənin qoumun ondan sədd çəkdilər (58) və dedilər: «Ə, ilahilərimiz xeyirlidir, yoxsa o?» Zərbə vururlar onu sənin üçün ancaq mücadilə etməkdən ötrü. Bəli, onlar xosunlaşan qoumdur! (59).O, ancaq bəndədir. Nemət vermişik üzərinə onun və etdik onu məsəl İsrail oğulları üçün. (60).Əgər istəsəydik edərdik sizdən mələklər ərzdə, xəlifələr.

«Bəzəklər» surəsi (43) 61 -73 -cü ayətlər
(61).Həqiqətən, o, elmdir saat üçün – onunla şübhəli olmayın və tabe olun Mənə! Bu, düz yoldur! (62).Sədd çəkməsin sizin yolunuza şeytan, həqiqətən, o, sizin üçün ədavətlidir aşkar. (63).Amma elə ki, gəldi İsa bəyanatlarla, dedi: «Əlbəttə, mən gəldim sizə hikmətlə və bəyan etmək üçün sizə bəzisini – odur ki, ixtilafdasınız onda. Allahdan qorxun və itaət edin mənə. (64).Həqiqətən, Allah – O mənim Rəbbimdir və sizin Rəbbinizdir və ibadət edin Ona! Bu, düz yoldur!» (65).İxtilaf etdilər dəstələr onlar arasından. Vay olsun o kəslərə ki, zalim oldular, əzabından ələmli günün! (66).Məgər görərlərmi ancaq saatdan başqa bir şey ki, gələr onlara birdən və onlar şüursuzdurlar? (67).Dostlar o gün bəzisi bəzisinə düşmən olar, ancaq müttəqilərdən başqa. (68).Ay bəndələrim! Yoxdur xof üzərinizdə sizin o gün və siz hüznlü olmayacaqsınız – (69) o kəslər ki, inandılar ayətlərimizlə Bizə və təslim olanlar oldular. (70).Daxil olun cənnətə siz və zövcləriniz, xoşhal olacaqsınız! (71).Dolanarlar üzərində onların buludlarla qızıldan və kuzələr və orada nə iştahaları onu nəfsləri üçün və ləzzət üçün gözlərə. Siz orada həmişəlik qalacaqsınız. (72).Bu cənnət, hansı ki, varis oldunuz ona, nə ilə ki, oldunuz əməllilər. (73).Sizin üçün orada çoxlu meyvələr, hansı ki, ondan yeyəcəksiniz.

«Bəzəklər» surəsi (43) 74 -89 -cu ayətlər
(74).Həqiqətən, cərimə olunmuşlar cəhənnəmdə həmişəlik əzabda qalacaqlar! (75).Onlara yüngüllük olmayacaq və onlar orada ümidsiz olarlar. (76).Biz onlara zülm etmədik və lakin onlar zalimlər oldular. (77).Nida edərək çağırdılar: «Ay Malik! Qoy həll etsin üzərimizə Rəbbin!» Dedi: «Həqiqətən, siz qalacaqsınız». (78).Əlbəttə, gəldik sizin üçün haqq ilə və lakin əksəriyyətinizin haqqa kərahətiniz var. (79).Yoxsa əmrlərində bir işmi icad etdilər? Həqiqətən, Biz də icad edirik. (80).Yoxsa hesab etdilər ki, Biz eşitmirik onların sirlərini və danışıqlarını? Bəli! Elçilərimiz yanlarında yazırlar. (81).De: «Əgər Rəhmanın övladı olsaydı və onda mən ibadət edənlərin əvvəlincisi olardım». (82).Sübhandır səmaların və ərzin Rəbbi – ərşin Rəbbi, nədən ki, vəsf edirlər! (83).Tərk et onları, oyun və əyləncə altında yüklənsinlər, ta öz günləri ilə görüşənə qədər – odur ki, onlara vəd verilib. (84).O – Odur ki, səmada İlahidir və ərzdə İlahidir. O Həkimdir, Alimdir! (85).Pak və ucadır – Odur ki, Onun üçündür mülkü səmaların və ərzin və nə ki, onlar arasındadır. Onun yanındadır elmi saatın və Ona tərəf müraciət edəcəksiniz. (86).O kəsləri ki, çağırırsınız Ondan başqa, şəfaətə malik deyillər, ancaq kim ki, şəhadət verir haqq ilə və onlar bilirlər. (87).Əgər sual etsən onlardan kim onları xəlq edib, deyərlər: «Allah!» Bəs niyə üz döndərirlər? (88).Dedi: «Rəbbim! Həqiqətən, bunlar inanmayan qoumdur!» (89).Və üz döndər onlardan və de: «Salam!» və onlar biləcəklər!

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin