«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə266/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   262   263   264   265   266   267   268   269   ...   325
«Duman» surəsi (44)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ha. Mim! (2).And olsun aşkar kitaba! (3).Həqiqətən, Biz onu mübarək gecədə nazil edirik. Həqiqətən, olduq Biz nəzərə çatdıranlar! (4).Onda firqələnir külli hikmətli əmr – (5) əmr Bizim yanımızdandır. Biz göndərənlər olduq, (6) rəhmətdir Rəbbindən sənin, həqiqətən, O – O Səmidir, Alimdir! (7).Rəbbidir səmaların və ərzin və onlar arasında olanların, əgər yəqinliyiniz varsa. (8).Yoxdur İlahi, ancaq Odur – dirildir və öldürür. Sizin Rəbbinizdir və sizdən əvvəlki atalarınızın Rəbbidir. (9).Bəli, onlar şəkdə oynayaraq əylənirlər! (10).Gözlə günü, onda ki, gələr səmadan aşkar duman. (11).Örtər insanları. Bu, ələmli əzabdır! (12).«Rəbbimiz! Şəfa ver bizə əzabdan, biz inananlarıq!» (13).Haradadır onlar üçün zikr və əlbəttə, gəldi onlara aşkar rəsul? (14).Sonra üz çevirdilər ondan və dedilər: «Məlum məcnundur!» (15).Biz şəfa edərək əzabı döndərərik bir az, həqiqətən, siz yenə qayıdacaqsınız (16) o gündə ki, onda Biz məğlub edərik böyük məğlubiyyətlə. Həqiqətən, Biz intiqam alırıq! (17).Əlbəttə, sınadıq Biz onlardan qabaq Firaun qoumunu. Gəldi onlara kəramətli rəsul: (18).«Qaytarın mənim yanıma bəndələrini Allahın. Həqiqətən, mən sizin üçün əmin rəsulam!

«Duman» surəsi (44) 19 –39 –cu ayətlər
(19).Ucalmayın qarşısında əleyhinə Allahın. Həqiqətən, mən gəlirəm sizə aşkar sultanlıqla. (20).Pənah gətirirəm mənim Rəbbimə və sizin Rəbbinizə, ondan ötrü ki, məni vurmayasız. (21).Əgər inanmadınız mənə və onda uzaqlaşın məndən». (22).Çağırdı Rəbbini: «Həqiqətən, bunlar cərimə olunmuş qoumdur!» (23).«Çıx Mənim bəndələrimlə gecə vaxtı. Həqiqətən, sizin ardınızca gələcəklər. (24).Tərk et dəryanı sakit olan halda. Həqiqətən, onlar qərq olan qoşundur». (25).Nə qədər onlar tərk etdilər cənnətlərdən və bulaqlardan (26) və əkinlərdən və kəramətli məqamlardan (27) və nemətlərdən, hansı ki, orada əylənən olmuşdular! (28).Belə! Biz varis etdik ona axır qoumu. (29).Ağlamadı onların üzərində səma və ərz və nəzərə alınanlar olmadılar! (30).Əlbəttə, Biz nicat verdik İsrail oğullarına alçaldıcı əzabdan – (31) Firaundan. Həqiqətən, o, israfkarlardan ucası oldu. (32).Əlbəttə, Biz seçdik onları elmlərinə görə üzərində aləmlərin. (33).Gətirdik onlara ayətlərdən, nə ki, onda aşkar sınaq var idi. (34).Həqiqətən bunlar deyirlər: (35).«O ancaq bizim əvvəlinci ölümümüzdür və biz bir daha dirilərək qalxmayacağıq! (36).Gətirin atalarımızı, əgər doğru deyirsiniz». (37).Ə, onlar xeyirlidirlər, yoxsa Tubba qoumu və o kəslər ki, onlardan qabaq var idilər? Həlak etdik onları, həqiqətən, onlar oldular cərimə olunmuşlar. (38).Xəlq etmədik səmaları və ərzi və onlar arasında olanları əylənərək. (39).Xəlq etdik onları ancaq haqq ilə və lakin əksəriyyəti onların bilmirlər.

«Duman» surəsi (44) 40 –59 -cu ayətlər
(40).Həqiqətən, o gün ayrılmadır – vaxtıdır onların cəmiyyən. (41).O gün onda dost dostunu şeynən qəni etməz və onlara yardım olmayacaqdır, (42) ancaq kimə ki, rəhm edib Allah. Həqiqətən, O Əzizdir, Rəhimdir! (43).Həqiqətən, zəqqum ağacı – (44) təamdır günahkarlar üçün. (45).Necə ki, mis kimi qaynayır bətnlərdə – (46) qaynayır hamamda qaynayan kimi! (47).«Tutun onu və atın tərəfinə ortasının cəhənnəmin, (48) sonra tökün onun başına əzabdan hamamdakı qaynar su kimi. (49).Dad, həqiqətən, sən əzizsən, kərimsən! (50).Həqiqətən, bu, nə ki, siz onda şübhəli idiniz». (51).Həqiqətən, müttəqilər əmin məqamdadırlar – (52) cənnətlərdə və bulaqlarda. (53).Bəzənərlər onlar atlas parçalarla, bir-birinin müqabilində. (54).Belə! Zövc etdik onları qara, iri gözlü hurilərlə. (55).Çağırıb istəyirlər onlar orada küllisi ilə meyvələrin əminliklə. (56).Dadmazlar onlar orada ölüm, ancaq əvvəlki ölümdən başqa və O qorudu onları cəhənnəm əzabından, (57) fəzl Rəbbindən. Budur əzəmətli mükafat! (58).Həqiqətən, Biz asan etdik onu sənin dilinlə, ola ki, onlar zikr edələr! (59).Təqib et onları, həqiqətən, onlar da təqib edirlər!


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin