«f a t I h ə» s u r ə s I (1)


(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin!



Yüklə 2,11 Mb.
səhifə292/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   288   289   290   291   292   293   294   295   ...   325
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Nun! And olsun qələmə və nə ki, sətirlənir! (2).Sən neməti ilə Rəbbinin məcnun deyilsən (3) həqiqətən, sənin üçün əcr qeyri məmnun (4) və həqiqətən, sən uca və əzəmətli əxlaq sahibisən. (5).Sən görərsən və onlar da görəcəklər, (6) sizin hansınızda sınaq vardır. (7).Həqiqətən, Rəbbin – O bilir o kəsi ki, zəlalətdədir Onun yolundan və O bilir hidayətliləri! (8).Yalançılara itaət etmə! (9).İstədilər sən yumşaqlıq edəsən və onlar da yumşaqlıq edələr. (10).İtaət etmə külli and içən alçağa, (11) qeybət edənə, avaraya, söz yayana, (12) xeyirə mane olana, düşmənə, günahkara, (13) kobuda, bundan sonra əslini-nəslini bilməyən zinazadaya – (14) mal və oğul sahibi olsa da. (15).Onda ki, tilavat olunur ayətlərimiz, dedi: «Əvvəlkilərin əsatirləridir!»
«Qələm» surəsi (68) 16 –42 –ci ayətlər
(16).Biz onun xortumunun, yəni burnunun üzərinə damğa basdıq! (17).Biz onları sınadıq, nə qədər, cənnət əshabını sınadıq. Onda and içdilər səhər sübhdən təxirə salınmadan hökmən dərəcəklər (18) və heç istisna etmədilər. (19).Və keçdi onu keçən Rəbbindən sənin, onlar isə yatmışlar. (20).Sabah çağı o kəsilmiş oldu. (21).Və sabah çağı bir-birini nida edərək səslədilər: (22).«Əgər istəyirsiniz məhsul dərəsiniz, tez gəlin!» (23).Və onlar səssiz danışa-danışa hərəkət edirdilər: (24).«Qoy sizin üzərinizə daxil olmasın bu gün ora miskinlər». (25).Sabahısı onları ora buraxmayacaqlarına qadir olduqlarını hesab edərək getdilər. (26).Amma elə ki, gördülər onu, dedilər: «Həqiqətən, biz zəlil olduq! (27).Bəli, biz məhrum olduq!» (28).Dedi onlardan vasitəçi olanı: «Ə, demədim sizin üçün: “Məgər saya salmalı deyilmisinizmi?!”» (29).Dedilər: «Sübhandır Rəbbimiz! Həqiqətən, biz zalimlər olduq!» (30).Başladılar bəzisi onların bəzisinə irad tutmağa; (31).Dedilər: «Vay olsun bizə! Həqiqətən, biz tüğyan edən olduq! (32).Ola bilsin ki, Rəbbimiz dəyişsin bizim üçün ondan xeyirlisinə. Həqiqətən, biz, Rəbbimizə tərəf rəğbətlə yanaşırıq!» (33).Belədir əzab! Axirət əzabı daha böyükdür, əgər bilən olsaydılar! (34).Həqiqətən, müttəqilər üçün Rəbləri yanında nemətli cənnətlər vardır. (35).Ə, Biz təslim olanları cərimə olunanlar kimi edəcəyik? (36).Nə olub sizə, necə hökm edirsiniz? (37).Yoxsa sizin üçün kitab var, ondan tədris alırsınız?! (38).Həqiqətən, sizin üçün onda hər nə istəsəniz tapılar?! (39).Yoxsa Bizim üzərimizdə andınız var, ta qiyamətin gününə yetişənə qədər?! Və həqiqətən, sizin üçün var, nə ki, hökm edirsiniz? (40).Sual et onlardan, kim onlardan buna zamindir? (41).Yoxsa onların şərikləri var? Qoy onlar öz şəriklərini gətirsinlər, əgər onlar oldular sadiqlər, (42).O gün pərdələr açılar və səcdəyə tərəf dəvət olunarlar. Onlar bacarmazlar.

«Qələm» surəsi (68) 43 –52 -ci ayətlər
(43).Çəkinərək baxışlarını aşağı salıb, zillət və həsrət bütün vücudların bürüyər. Əlbəttə, sağ-salim olanda səcdəyə tərəf dəvət oldular. (44).Kim bu hədisləri yalan sayırsa, Mənim öhtəmə burax. Biz tədric edərik onları oradan ki, bilməzlər! (45).Onlara möhlət verərəm. Həqiqətən, Mənim fəndim mətindir. (46).Yoxsa sual edirsən onlardan əcr, onlar qaramatından ağırlıq altındadırlar? (47).Yoxsa onların yanında qeyb var və onlar yazırlar? (48).Səbr et hökmü üçün Rəbbinin və böyük balıq sahibi kimi olma. Onda nida etdi və o, sıxıntıda idi. (49).Əgər Rəbbindən tədarük olunan nemət olmasaydı, onda məlamət olunmuş halda susuz səhraya atılardı. (50).Yenidən Rəbbi onu seçdi və salehlərdən etdi. (51).O kəslər ki, kafirdirlər, amma elə ki, zikri eşitdilər, az qalır ki, baxışları ilə sənə sədəmə vursunlar və deyirlər: «Həqiqətən, o, məcnundur!» (52).O ancaq zikrdir aləmlər üçün!

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin