«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə294/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   290   291   292   293   294   295   296   297   ...   325

«Pillələr» surəsi (70)



(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Sual etdi sual edən, vaqe olacaq əzab haqqında. (2).İnanmayanlar üçün onu dəf edən yoxdur (3) Allahdan – Pillələr sahibindən. (4).Mələklər və Ruh ona tərəf çıxarlar o gündə ki, miqdarı onun əlli min il oldu. (5).Səbr et gözəl səbr etməklə – (6) həqiqətən, onlar onu uzaq görürlər (7) və Biz isə onu yaxın görürük. (8).O gün ki, onda səma ərinmiş mis kimi olar. (9).Dağlar didilmiş yun kimi olar. (10).Hamamdakı sular kimi qaynayıb-qarışan dostlar, hamamdakı sular kimi qaynayıb-qarışan dostlarından sual etməzlər!

«Pillələr» surəsi (70) 11 –39 –cu ayətlər

(11).Onlar bir-birinə göstəriləcəklər. Cərimə olunmuş istər ki, əzabdan qurtarmaq üçün o gün fəda etsin oğullarını (12) və sahibəsini və qardaşını (13) və nəslini, hansı ki, ona sığınacaq verir. (14).Və kim ərzdə var cəmiyyən, sonra ona nicat versinlər. (15).Belə deyil! Həqiqətən, o yandıran od közüdür. (16).Başın dərisini sıyırıb çıxardar. (17).Çağırır o kəsi ki, kim idbardır və üz döndəribdir. (18).Cəm edəni və toplayanı. (19).Həqiqətən, insan xilqətdir dəyişkən. (20).Onda ki, toxunar ona şər, qəmlənər. (21).Onda ki, toxunar ona xeyir, əlçatmaz olar, (22) ancaq diləyənlərdən başqa – (23) o kəslər ki, onlar üzərində islahatlarının daimidirlər (24) və o kəslər ki, mallarında onların haqq məlumdur – (25) saillər, yəni istəyənlər və məhrumlar, yəni heç nəyi olmayanlar üçün (26) və o kəslər ki, sadiqdirlər din gününə. (27).O kəslər ki, Rəblərinin əzabından titrəyirlər. (28).Həqiqətən, Rəblərinin əzabı qeyri məmnun, yəni təhlükəsiz deyil! (29).O kəslər ki, onlar öz üzvlərini hifz edirlər, (30) ancaq üzərində öz zövclərinin, ya əlləri altında olan qulluqçulardan başqa. Həqiqətən, onlar məlamət görməzlər. (31).Kim bunlardan başqasına çalışarsa – həmin onlardır həddi aşanlar! (32).O kəslər ki, onlar əmanətlərində və əhdlərində riayət edəndirlər. (33).O kəslər ki, onlar şəhadətlərində düz doğru dayanandırlar. (34).O kəslər ki, onlar öz islahatlarını hifz edəndirlər. (35).Həmin onlar kəramətli cənnətlərdədirlər. (36).Nə olub o kəslərə ki, kafirdirlər, sənin qarşına qaçırlar. (37).Sağdan və soldan dəstələrlə? (38).Külli onlardan hər birinin tamahı var ki, nemətlərlə dolu cənnətə daxil olsun? (39).Belə deyil! Həqiqətən, xəlq etdik onları nədən ki, bilirlər.



«Pillələr» surəsi (70) 40 –44 -cü ayətlər
(40).Elə deyil! And olsun məşriqlərin və məğriblərin Rəbbinə, həqiqətən, Biz qadirik (41) üzərində onun ki, dəyişək onları onlardan xeyirlisi ilə və Bizi qabaqlayan olmaz! (42).Üz çevir onlardan, qoy öz oyunlarına məşğul olaraq, yüklənərək əylənsinlər, ta öz günləri ilə görüşənə qədər – odur ki, onlara vəd olunub. (43).Həmin gün onlar qəbrlərindən sürətlə çıxacaqlar, elə bil onlar tələsirlər öz nəsib olduqları əzaba tərəf. (44).Çəkinərək baxışlarını aşağı salıb, zillət və həsrət onların bütün vücudların bürüyər. Bu həmin gündür – odur ki, onlara vəd olunmuşdu!

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin