«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə295/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   291   292   293   294   295   296   297   298   ...   325

«Nuh» surəsi (71)



(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Həqiqətən, Biz göndərdik Nuhu qoumuna tərəf ki: «Nəzərinə çatdır qoumunun ələmli əzab onlara gəlməmişdən qabaq!» (2).Dedi: «Ay qoumum! Mən sizin üçün aşkar nəzərə çatdıranam: (3) ibadət edin Allaha və qorxun Ondan və itaət edin mənə! (4).Bağışlar sizi O günahlarınızdan və təxirə salar sizin üçün tərəfinə əcəlin toxunanın. Həqiqətən, Allahın əcəli onda ki, gəldi, təxirə salınmaz, əgər bilsəydiniz!» (5).Dedi: «Rəbbim! Mən gecə və gündüz qoumumu çağıraraq dəvət etdim. (6).Mənim dəvətim onlarda ancaq fərariliyi artırdı. (7).Mən külli nə ki, dəvət etdim onları, bağışlamağın üçün onları, onlar barmaqlarını qulaqlarına qoyub və paltarları ilə özlərini örtdülər və israr edərək təkəbbürcəsinə təkəbbürlük etdilər. (8).Sonra mən onları açıqda, uca səslə dəvət etdim. (9).Sonra mən elan etdim onlara aydın və müsahibə etdim onlarla sirli olaraq gizli (10) və dedim: “Bağışlanmaq istəyin Rəbbinizdən. Həqiqətən, O Ğəfurdur,
«Nuh» surəsi (71) 11 –28 -ci ayətlər

(11) göndərə səmadan üzərinizə gur yağışı. (12).Və imdad edər sizə mal və oğullarla və edər sizin üçün cənnətlər və edər sizin üçün nəhrlər. (13).Nə üçün ümid etmirsiniz vüqarlı Allaha? (14).Əlbəttə, xəlq etdi sizi dövrlərdə. (15).Ə, görmürsünüz, necə xəlq etdi Allah yeddi səmanı təbəqə-təbəqə? (16).Etdi onlarda qəməri nurlu və etdi şəmsi şölə saçan çıraq. (17).Allah bitirdi sizi ərzdən bitki kimi. (18).Sonra qaytarar sizi ora və xaric edər sizi ixracnan. (19).Allah etdi sizin üçün ərzi döşənmiş, büsatlı, (20) ondan ötrü ki, siz onda olan geniş yollarla gedəsiniz!». (21).Dedi Nuh: «Rəbbim! Həqiqətən, onlar asi oldular mənə və tabe oldular o kəsə ki, malı və övladı artırdı ona ancaq xəsarət. (22).Məkr etdilər böyük məkrlə (23) və dedilər: “Tərk etməyin ilahilərinizi və tərk etməyin Vəddi və Suvaı və Yəğusu və Yəuqu və Nəsri!” (24).Əlbəttə, əksəriyyətini zəlalətə saldılar. Artır zalimlərə ancaq zəlalət!» (25).Nədən ki, xəta etdilər onlar, qərq olundular və daxil oldular oda. Tapılmadı onlar üçün Allahdan başqa yardımçı. (26).Dedi Nuh: «Rəbbim! Ərzdə kafirlərdən diyarlarında birini qoyma! (27).Həqiqətən, Sən əgər onları saxlasan, Sənin bəndələrini azdırıb yoldan çıxardarlar və kafir və azğın övladdan başqa bir şey zühura gətirməzlər. (28).Rəbbim, bağışla məni və mənim valideynlərimi və o kəsləri ki, mənim evimə inanan halda daxil oldu - inanan kişilərdən və qadınlardan. Və artır zalimlərə ancaq məhvi və həlakı!»



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin