«Əraf» surəsi (7) 44 -51 -ci ayətlər
(44).Cənnət əshabı od əshabına nida edər: «Biz Rəbbimiz verən vədi haqq tapdıq və siz də Rəbbiniz verən vədi haqq tapdınızmı?» Dedilər: «Bəli!» Çağırışçı onların arasında çağırar: «Allahın lənəti olsun zalimlərə - (45) o kəslər ki, Allah yolundan sədd çəkirdilər və onda əyrilik axtarırdılar və onlar axirətlə kafir idilər!» (46).Onların ikisinin arasında hicab var. Üzərində ərafın kişilər, arifdirlər külli simaları ilə onların və cənnət əshabına nida edərlər: «Salam olsun üzərinizə!» Daxil olmayıblar ona və onların təmənnaları vardır. (47).Onda ki, onların nəzərləri od əshabına sataşar, deyərlər: «Rəbbimiz! Bizi zalim qoumla birlikdə yerləşdirmə!» (48).Əraf əshabı o kişiləri ki, arifdirlər onlara simaları ilə, nida edib deyərlər: «Sizi ehtiyacsız etmədi cəminiz və nə ki, təkəbbürlük etdiyiniz! (49).Ə, bunlar o kəslərdir ki, and içirdiniz ki, onlar Allahın rəhmətinə nail olmayacaqlar? Daxil olun cənnətə, sizin üçün xof yoxdur və siz hüznlü olmayacaqsınız!» (50).Od əshabı cənnət əshabına nida edər: «Tökün üzərimizə sudan, ya nədən ki, ruziləndirib sizi Allah!» Deyərlər: «Həqiqətən, Allah hər ikisini kafirlər üçün qadağan edib», - (51) o kəslər ki, dinlərini oyun və əyləncəyə tutdular və dünya həyatı onları məğrur etdi. Bu gün də Biz onları unudarıq, nə qədər, onlar bu günün görüşünü unutdular və oldular ayətlərimizlə Bizi inkar edənlər!
«Əraf» surəsi (7) 52 –57 -ci ayətlər
(52).Əlbəttə, gəldik Biz onlara kitabla, hansı ki, elmlə fəsillərlə etdik onu. Hidayət və rəhmətdir o qoum üçün ki, inanırlar! (53).Məgər gözləyirlər ancaq onun təvilinimi? O gün ki, onun təvili gələr, deyəcəklər o kəslər ki, bundan qabaq unutmuşdular onu: «Əlbəttə, Rəbbimizin rəsulları haqq ilə gəldilər. İndi bizim üçün şəfa edən olacaqmı bizə şəfa etsin? Ya geri qaytarıla bilərikmi, etmədiyimiz əməlləri edək?» Əlbəttə, onlar öz nəfslərinə xəsarət yetirdilər və iftira etdikləri də onlardan itib yox oldu! (54).Həqiqətən, Rəbbiniz sizin Allahdır – Odur ki, səmaları və ərzi altı gündə xəlq etdi, sonra ərşi üzərində möhkəmləndi. O gecə ilə gündüzü örtər, hansı ki, yorulmadan onun dalınca hərəkət edər. Şəms və qəmər və nəcmlər Onun əmrinə tabedirlər. Ə, məgər yoxmu! Ona məxsusdur xəlq etmək və əmr etmək. Böyükdür, ucadır Allah – Rəbbidir aləmlərin! (55).Çağırın Rəbbinizi yavaş və məxfi halda. Həqiqətən, O sevməz həddən çıxanları! (56).Fəsad etməyin ərzdə ora islah olandan sonra. Çağırın Onu xof və ümidlə. Həqiqətən, Allahın rəhməti yaxındır yaxşılara! (57).O – Odur ki, göndərir küləkləri bəşarət olaraq Öz rəhməti önündə, ta ağır buludları hərəkətə gətirsin. Biz onları ölü şəhərə tərəf göndəririk və onlardan su nazil edirik və xaric edirik onunla külli səməratdan. Beləcə xaric edərik ölüləri, ola ki, zikr edəsiniz!
Dostları ilə paylaş: |