«Əraf» surəsi (7) 68 -73 -cü ayətlər
(68).Mən Rəbbimin risalətini sizə təbliğ edirəm və mən sizin üçün əmin nəsihət edənəm. (69).Ya təəccüb etdiniz ona ki, Rəbbiniz tərəfindən zikr sizdən olan bir kişiyə gəldi ki, o, sizin nəzərinizə çatdıra? Zikr edin, onda ki, O sizi Nuh qoumundan sonra xəlifə etdi və xilqətdə artırdı sizi. Zikr edin Allahın nemətlərini, ola ki, nicat tapasınız!» (70).Dedilər: «Sən gəlibsən ki, biz Vahid Allaha ibadət edək və atalarımız ibadət edənləri tərk edək? Nə ilə ki, bizə vəd verirsən, tez gətir, əgər doğru deyənlərdənsən! (71).Dedi: «Əlbəttə, yetişdi Rəbbinizdən üzərinizə rics və qəzəb. Ə, mənimlə mücadilə edirsiz o isimlər barəsində ki, siz və atalarınız adlandırıbsız onları? Nazil etməyib Allah onun ilə sultanlıqdan. Siz gözləyin, mən də sizinlə gözləyənlərdənəm!» (72).Biz nicat verdik ona və o kəslərə ki, onunla idilər, Öz rəhmətimizdən və qətt etdik dibinə kimi o kəsləri ki, yalan saydılar ayətlərimizlə Bizi və olmadılar inananlar! (73).Səmud tərəfə – onların qardaşı Salehi. Dedi: «Ay qoumum! İbadət edin Allaha. Sizin üçün Ondan qeyri İlahi yoxdur. Rəbbinizdən sizin üçün bəyanat gəldi: bu, Allahın dəvəsi sizin üçün ayətdir. Buraxın onu otlasın Allahın ərzində və ona pisliklə toxunmayın ki, ələmli əzab sizə yetişməsin!
Dostları ilə paylaş: |