«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə71/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   67   68   69   70   71   72   73   74   ...   325
«Qənimət» surəsi (8)

(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Sual edirlər səndən qənimət barəsində, de: «Qənimət Allah və Onun rəsulu üçündür. Qorxun Allahdan və öz aranızda saleh olun və itaət edin Allaha və Onun rəsuluna, əgər oldunuz inananlar!» (2).Həqiqətən, inananlar o kəslərdir ki, onda ki, zikr edirlər Allahı, qəlbləri onların bərk çırpınır. Onda ki, Onun ayətləri onlara oxunur, imanlarını artırır və onlar Rəblərinə təvəkkül edirlər - (3) o kəslər ki, qalxırlar islahata və nədən ki, ruziləndirmişik onları infaq edirlər. (4).Həmin onlar həqiqi inananlardır. Onlar üçün dərəcələr vardır Rəbləri yanında və bağışlanmaq və kəramətli ruzilər! (5).Nə qədər Rəbbin haqq ilə xaric etdi səni evindən və həqiqətən, inananlardan bir firqəsinin kərahəti var idi. (6).Haqda səninlə mücadilə edirdilər, ondan sonra ki, onlara bəyan olmuşdu, sanki onları ölümə tərəf sövq edirlər və onlar baxırlar. (7).Onda ki, Allah sizə vəd verdi iki tayfadan biri olacaq sizin. Siz istərdiniz silahı olmayan sizə nəsib olsun. Allah istəyirdi haqq və həqiqəti Öz kəlmələri ilə bərkidib və qətt etsin dibinə kimi kafirləri, (8) haqq etməsi üçün haqqı və batil etməsi üçün batili və əgər kərahətlidir cərimə olunmuşlar.

«Qənimət» surəsi (8) 9 -16 –cı ayətlər
(9).Onda Rəbbinizdən yardım diləyirdiniz və O sizə cavab verdi: «Mən imdad edərəm sizə bir – birinin ardınca mələklərdən mini ilə!» (10).Bunu etdi Allah, ancaq bəşarət və onunla qəlblərinizin əmin olması. Yardım ancaq yanındandır Allahın. Həqiqətən, Allah Əzizdir, Həkimdir! (11).Onda O sizi yuxu ilə bürüdü Onun tərəfindən təhlükəsizlik nişanəsi kimi və nazil etdi üzərinizə səmadan su, onunla sizi pak etsin və şeytan murdarlığını sizdən yox etsin və ona görə ki, qəlblərinizi bərkitsin və onunla qədəmlərinizi sabit etsin. (12).Onda Rəbbin mələklərə vəhy etdi: «Mən sizinləyəm. Sabit edin o kəsləri ki, inanırlar! Mən o kəslər ki, kafirdirlər, qəlblərinə qorxu salaram. Vurun onların boyunlarından və vurun bütün barmaqlarından!» (13).Bu, ona görədir ki, onlar bölündülər Allahdan və Onun rəsulundan. Kim bölünərsə Allahdan və Onun rəsulundan, həqiqətən, Allah şiddətlidir iqaba! (14).Bu, sizin üçündür! Dadın onu və kafirlər üçün od əzabı var! (15).Ay o kəslər ki, inanırsınız! Onda ki, siz o kəslərlə ki, kafirdirlər, yürüş halında görüşürsüz, onlara dal çevirib qaçmayın! (16).Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna olmaqla, kim həmin gündə onlara dal çevirib qaçsa, bais olar qəzəblə Allahdan. Onun yeri cəhənnəmdir və pis dönüş yeridir!



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin