«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə74/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   70   71   72   73   74   75   76   77   ...   325
10 –cu cüz

(41).Və bilin, o şeydən ki, sizə qənimət yetişir, Allah üçündür onun beşdə biri və rəsul üçün və yaxınlar üçün və yetimlərin və miskinlərin və yol oğlunun, əgər inandınız Allah ilə və nə ki, nazil etdik bəndəmizin üzərinə fərqləndirmə günündə – o gündə ki, iki cəm görüşdü. Allah üzərində külli şeyin Qadirdir! (42).Onda siz yaxın tərəfində oldunuz və onlar isə uzaq tərəfində və süvarilər sizdən aşağıda. Əgər siz vədə təyin etsəydiniz miadda, yəni vədədə ixtilafınız olardı. Lakin bu, onun üçün idi ki, Allah əmri həll etsin, hansı ki, əməl olunmuşdu; kim həlak olacaq aydınlıqla həlak olsun və kim diri qalacaq aydınlıqla diri qalsın. Həqiqətən, Allah Səmidir, Alimdir! (43).Onda Allah röyanda sənə onları az göstərdi. Əgər çoxlu göstərsəydi, zəif olardınız və əmrdə mübahisə edərdiniz. Lakin Allah təslim olma etdi. Həqiqətən, O Alimdir zatı ilə ürəklərin! (44).Onda O göstərdi sizə onları onda ki, görüşdünüz onlarla, sizin gözünüzdə az və azaltdı sizi onların gözündə, onun üçün ki, Allah əmri həll etsin, hansı ki, əməl olunmuşdu. Bütün əmrlər Allaha tərəf dönür! (45).Ay o kəslər ki, inanırsınız! Onda ki, dəstə ilə qarşılaşdınız, sabit olun və Allahı çoxlu zikr edin, ola ki, nicat tapasınız!



«Qənimət» surəsi (8) 46 –52 -ci ayətlər
(46).İtaət edin Allaha və Onun rəsuluna və mübahisə etməyin, onda zəifləyərsiniz və hökmünüz gedər. Səbr edin, həqiqətən, Allah səbr edənlərlədir! (47).Olmayın o kəslər kimi ki, insanlar qarşısında diyarlarından xaric oldular təzahür və riya üçün. Allahın yolundan sədd çəkirlər və Allah nə ilə ki, əməldədirlər, Mühitdir. (48).Onda şeytan onların əməllərini onlara zinətli etdi və dedi: «İnsanlar içərisində bu gün sizə qalib gələn yoxdur və mən sizin qonşunuzam!» Amma elə ki, iki dəstə göründü, o, dabanı üstə qayıtdı və dedi: «Mən uzağam sizdən. Həqiqətən, nə ki, mən görürəm, onu siz görmürsünüz. Həqiqətən, mən xoflanıram Allahdan və həqiqətən, Allah şiddətlidir iqaba!» (49).Onda münafiqlər və o kəslər ki, qəlblərində mərəz var, deyirlər: «Bunları dinləri məğrur etdi!» Kim Allaha təvəkkül edərsə, həqiqətən, Allah Əzizdir, Həkimdir! (50).Əgər görsəydin onda o kəslər ki, kafirdirlər, onların canlarını alırlar. Mələklər onların üzlərinə və kürəklərinə zərbələri vururlar: «Yandırıcı əzabı dadın!» (51).Bu, ondan ötrüdür ki, nə ilə ki, əlləriniz hazırlamışdır və həqiqətən, Allah bəndələrinə zülm edən deyil! (52).Bu, Firaun ailəsinin və onlardan qabaqkıların dəbi kimidir. Kafir oldular ayətlərilə Allahın və Allah günahları ilə onları tutdu. Həqiqətən, Allah Qəvidir- yəni qüvvətlidir, şiddətlidir iqaba!


«Qənimət» surəsi (8) 53 –61 -ci ayətlər
(53).Bu, ona görədir ki, həqiqətən, Allah elə deyil ki, nemətini qeyri etsin, hansı ki, O nemət verib qouma, ta onu qeyri etsin onlar özləri. Həqiqətən, Allah Səmidir, Alimdir! (54).Bu, Firaun ailəsinin və onlardan qabaqkıların dəbi kimidir. Onlar yalan saydılar ayətlərilə Rəblərini və Biz günahları ilə onları həlak etdik və Firaun ailəsini qərq etdik. Küllisi oldular zalim! (55).Həqiqətən, Allah yanında canlıların şərlisi o kəslərdir ki, kafirdirlər və onlar inanmırlar - (56) o kəslər ki, onlarla əhd bağlamısan, sonra külli dəfə əhdlərini pozurlar və onlar təqvalı olmazlar. (57).Nə vaxt ki, müharibədə tapsan onları və o kəsləri ki, onlardan arxadadırlar, dağıt onları, ola ki, zikr etsinlər! (58).Nə vaxt ki, qoumun xəyanətindən qorxasan, at onların əhdlərini üzərlərinə ədalətlə. Həqiqətən, Allah sevməz xainləri! (59).Hesab etməsinlər o kəslər ki, kafirdirlər, onlar qabağa düşüblər. Həqiqətən, onlar aciz edə bilməzlər! (60).Bacardığınızı qüvvənizdən onlar üçün hazırlayın və atlı dəstələrini. Onunla siz Allahın düşmənlərini və sizin düşmənlərinizi və axırda gələn onlardan başqalarını, hansı ki, onları bilmirsiniz, Allah onları bilir, hərb vəziyyətində saxlayın. Allah yolunda nə şeydən xərcləsəniz, bütövlükdə sizə əvəz olacaq və sizə zülm olunmayacaq! (61).Əgər onlar təslim olmağa yönəlsələr, sən də ona yönəl və Allaha təvəkkül et. Həqiqətən, O Səmidir, Alimdir!

«Qənimət» surəsi (8) 62 -69 -cu ayətlər
(62).Əgər istəyələr səni aldatsınlar, həqiqətən, hesabı sənə Allahın. O - Odur ki, Öz yardımı ilə və inananlarla səni möhkəmləndirdi (63) və qəlbləri arasında ülfət yaratdı. Əgər infaq etsəydin nə ki, ərzdədir cəmiyyən, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onlar arasında ülfət yaratdı. Həqiqətən, O Əzizdir, Həkimdir! (64).Ay nəbi! Hesabı sənə Allahın və o kəs ki, tabedir sənə inananlardan. (65).Ay nəbi! Həris et inananları döyüşə. Əgər sizdən iyirmi nəfər səbirli olsa, iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onda onlar min nəfərə - o kəslərə ki, kafirdirlər, qalib gələrlər. Ona görə ki, onlar bir qoumdur, anlamazlar! (66).İndi Allah sizdən xəfif etdi. O bilir ki, sizdə zəiflik var. Əgər sizdən yüz nəfər səbirli olsa, onda onlar iki yüz nəfərə qalib gələr. Əgər sizdən min nəfər olsa, onda onlar iki min nəfərə qalib gələr Allahın izni ilə. Allah səbr edənlərlədir! (67).Olmadı nəbi üçün ki, olsun onun üçün əsirlər, ta ərzdə qırğın törənə. Siz dünya ərazisini istəyirsiniz və Allah axirəti istəyir. Allah Əzizdir, Həkimdir! (68).Əgər Allahdan qabaqcadan yazı olmasaydı, böyük əzab sizə toxunardı nədə ki, götürübsünüz. (69).Yeyin nədən ki, qənimətdir sizə halal, pak və Allahdan qorxun. Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!

«Qənimət» surəsi (8) 70 -75 –ci ayətlər
(70).Ay nəbi! Kim ki, əlinizdə əsirlərdən var, onlara de: «Əgər Allah məlum etsə qəlblərinizdə xeyir, əta edərdi sizə xeyiri nədən ki, alınıb sizdən və sizi bağışlayar. Allah Ğəfurdur, Rəhimdir! (71).Əgər sənə xəyanət etmək istəyələr, fəqət bundan qabaq Allaha xəyanət etmişdilər və O imkan verdi onlardan. Allah Alimdir, Həkimdir! (72).Həqiqətən, o kəslər ki, inanırlar və hicrət ediblər və cihad edirlər Allah yolunda malları ilə və öz nəfsləri ilə və o kəslər ki, yer verib və yardım edirlər - həmin onlardır ki, bəzisi onların bəzisinin dostudur. O kəslər ki, inanırlar və hicrət etmirlər, heç bir şeydən onların dostluğundan sizin üçün yoxdur, ta onlar hicrət etməyələr! Əgər sizdən dində yardım istəsələr, aranızda andlaşma olan qoumun ziddinə olmasa, onlara yardım etməlisiniz. Allah nə ilə ki, əməldəsiniz, Bəsirdir! (73).O kəslər ki, kafirdirlər, bəzisi onların bəzisinin dostudur. Ancaq siz onu etməsəniz, ərzdə sınaq və böyük fəsad olar. (74).O kəslər ki, inanırlar və Allah yolunda hicrət edib və cihad edirlər və o kəslər ki, yer veriblər və yardım edirlər – həmin onlardır həqiqi inananlar. Onlar üçün bağışlanmaq və kəramətli ruzilər vardır! (75).O kəslər ki, sonradan inanırlar və sizinlə birlikdə hicrət edib və cihad edirlər – həmin onlar sizdəndirlər. Allahın kitabında qohumların bəzisi bəzilərinin dostudur. Həqiqətən, Allah küllisi ilə şeyin Alimdir!



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin