«Yunus» surəsi (10) (1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Ra. Budur hikmətli kitabın ayətləri. (2).Ə, insanlar üçün təəccüblü oldu ki, Biz vəhy edirik onlardan bir kişiyə ki: «Qorxut insanları və bəşarət ver inananlara ki, Rəbləri yanında doğru dərəcələri var!»? Kafirlər dedilər: «Həqiqətən, bu, aşkar sehrkardır!» (3).Həqiqətən, Rəbbiniz Allah – Odur ki, səmaları və ərzi altı gündə xəlq etdi. Sonra ərşi yaratdı, bütün işlərinə tədbir qılaraq, öz hökmü altına aldı. Onun izni olmadan şəfa edən olmaz. Budur sizin Allah – Rəbbinizdir və Ona ibadət edin! Ə, zikr etmirsinizmi? (4).Ona tərəfdir müraciətiniz cəmiyyən. Allahın vədi haqdır. Həqiqətən, O başlayır xəlqə, sonra qaytarır onu, cəza verməsi üçün insafla o kəslərə ki, inanırlar və əməlləri islahatdır. O kəslərə ki, kafir oldular, onlar üçün şərab hamamda qaynayan sudan və ələmli əzab nə ilə ki, oldular kafirlər! (5).O Odur ki, etdi şəmsi ziyalı və qəməri nurlu və ona mənzillər təyin etdi, ta illərin sayını və hesabını biləsiniz. Allah bunları haqq olaraq yaratdı. Fəsillərlə edir ayətlərini bilən qoum üçün. (6).Həqiqətən, gecə və gündüzün dəyişməsində və Allahın səmalarda və ərzdə xəlq etdiyində təqvalı qoum üçün ayətlər var!