«f a t I h ə» s u r ə s I (1)


«Hud» surəsi (11) 13 -19 -cu ayətlər



Yüklə 2,11 Mb.
səhifə82/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   78   79   80   81   82   83   84   85   ...   325

«Hud» surəsi (11) 13 -19 -cu ayətlər

(13).Yoxsa onlar deyəcəklər: «İftira edir onu!» De: «Gətirin iftira edilmiş on surə onun mislini və Allahdan başqa kimdən istəyirsiniz kömək alın, əgər oldunuz sadiqlər! (14).Əgər sizə cavab verməsələr, bilin ki, həqiqətən, Allahın elmilə nazil olub o. Ondan başqa İlahi yoxdur! Məgər təslim olmazsınızmı?» (15).Kim dünya həyatını və onun zinətini istəsə, Biz verərik onlara əməllərinin mükafatını orada və onların mükafatından bir şey əskik olmaz. (16).Həmin onlar o kəslərdir ki, axirətdə oddan başqa payları yoxdur və məhv olar orada etdikləri və batil olar əməlləri. (17).Ə, o kəs ki, Rəbbindən aydın ayətləri var və tilavat edir onu şahid Onun tərəfindən və ondan qabaq Musanın kitabı ki, rəhbər və rəhmətdir – həmin onlar inanır Onun ilə. Dəstədən kim kafir olur Onun ilə, vədəsi yanar oddur və bunda şübhən olmasın. Həqiqətən, bu, haqdır Rəbbin tərəfindən və lakin insanların əksəriyyəti inanmır! (18).O kəsdən zalim kimdir ki, iftira edə Allahın üzərinə yalan? Həmin onları Rəblərinin hüzuruna gətirərlər və şahidlər deyərlər: «Bunlar o kəslərdir ki, Rəbləri barəsində yalan dedilər». Məgər yoxmu? Allahın lənəti üzərinədir zalimlərin! (19).O kəslər ki, Allahın yoluna sədd çəkirlər və o yolda əyrilik axtarırlar və onlar axirətə inanmırlar!




«Hud» surəsi (11) 20 -28 -ci ayətlər

(20).Həmin onlar ərzdə aciz edə bilməzlər və olmadı onlar üçün Allahdan başqa dost. İkiqat əzab onlar üçündür. Onlar eşitməyə və görməyə qadir olmadılar. (21).Həmin onlar o kəslərdir ki, özlərinə xəsarət yetiriblər və iftira etdikləri də onlardan uzaqlaşmış oldu! (22).Şübhə yoxdur ki, onlar axirətdə xəsarətdə olacaqlar! (23).Həqiqətən, o kəslər ki, inanırlar və əməlləri islahatdır və Rəblərinə müti olurlar – həmin onlar cənnət əshabıdırlar, orada həmişəlikdirlər. (24).Bu iki firqənin məsəli kor və kar, görən və eşidən kimidir. Məgər bu məsəldə bərabərdirlərmi? Ə, zikr etməzsinizmi? (25).Əlbəttə, göndərdik Nuhu qoumuna tərəf: «Həqiqətən, mən sizin üçün aşkar nəzərə çatdıranam (26) ki, Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizə gələcək ələmli əzab günündən xoflanıram». (27).Onun qoumundan böyükləri - o kəslər ki, kafir idilər, dedi: «Biz görürük səni ancaq özümüz kimi bəşər və görürük sənə ancaq bizim içərimizdən ilk dəfədə tabe olan rəzilləri və sizdə özümüzə qarşı bir üstünlük görmürük. Bəli, biz zənn edirik ki, siz yalançısız!» (28).Dedi: «Ay qoumum! Ə, görürsünüz ki, aydın bəyanatım var Rəbbimdən və əta edib mənə rəhmət Öz yanından və onun qarşısında korsunuz, ə, məcbur edəcəyik ona və siz onun üçün kərahətlisiniz?




«Hud» surəsi (11) 29 -37 -ci ayətlər

(29).Ay qoumum! Mən sizdən ona görə mal istəmirəm, əgər əcrim ancaq üzərinədir Allahın. Mən öz yanımdan qovmaram o kəsləri ki, inanırlar. Həqiqətən, onlar Rəbləri ilə görüşəcəklər. Lakin mən sizi cahil bir qoum görürəm! (30).Ay qoumum! Kim mənə Allahdan yardım edə bilər, əgər onları öz yanımdan qovsam? Ə, zikr etməzsinizmi? (31).Mən demirəm sizə: “Allahın xəzinələri mənim yanımdadır” və “Qeybi bilirəm” və demirəm: “Mən mələyəm” və demirəm o kəslərə ki, sizin gözünüzdə alçaqdırlar, “Allah onlara xeyir verməyəcək”. Allah onların nəfslərində olanı bilir. Onda mən zalimlərdən olaram!» (32).Dedilər: «Ay Nuh! Əlbəttə, sən bizimlə cidal etdin və bizimlə mücadiləni çox etdin. Verdiyin vədi gətir bizə, əgər oldun sadiqlərdən!» (33).Dedi: «Həqiqətən, Allah istəsə onu sizə gətirər və siz onu aciz edə bilməzsiniz. (34).Əgər Allah istəyə siz azğınlıqda olasız, mənim nəsihətlərim sizə fayda verməz, əgər mən iradə etsəm sizə nəsihət verməyə. O sizin Rəbbinizdir və Ona tərəf müraciət edəcəksiniz!» (35).Yoxsa onlar deyəcəklər: «Onu iftira edir o!» De: «Əgər mən onu iftira etsəm, onun cəriməsi mənim üzərimədir və mən uzağam sizin etdiyiniz cərimələrdən!» (36).Nuha vəhy edildi: «Sənin qoumundan iman gətirənlərdən başqa, daha kimsə inanmayacaq və təəssüflənmə nə ilə ki, oldular fəaliyyətlilər! (37).Vəhyimizlə və gözlərimiz qarşısında gəmini düzəlt. Mənə zalimlər barəsində xitab etmə - həqiqətən, onlar qərq olanlardır!»



«Hud» surəsi (11) 38 -45 -ci ayətlər

(38).O gəmini düzəldir və külli nə ki, keçirdi onun qoumundan böyükləri yanından, onu məsxərə edirdi. Dedi: «Əgər bizi məsxərə edirsiniz, biz də sizi məsxərə edəcəyik, nə qədər siz məsxərə edirsiniz. (39).Biləcəksiniz ki, rüsvayedici əzab kimə gələcək və kimin üzərinə yüklənəcək kəsilməyən əzab!» (40).Ta onda ki, gəldi əmrimiz, fəvvarə tənur etdi, dedik Biz: «Yüklə ona küllisindən iki cütnən ikisini və öz əhlini - ancaq o kəsdən başqa ki, əvvəlcədən əzab onun üçün qərara alındı - və bir də o kəsləri ki, səninlə iman gətiriblər!» Ancaq onunla iman gətirənlər çox az idi. (41).Dedi: «Süvar olun ona Allahın ismi ilə, rəvan olsun onun hərəkəti və dayanacağı. Həqiqətən, Rəbbim Ğəfurdur, Rəhimdir!» (42).O, dağ boyda dalğalar arasında hərəkət edirdi. Nuh oğlunu çağırdı, hansı ki, uzaqda idi: «Ay oğlum, gəl bizimlə gəmiyə süvar ol və kafirlərlə olma!» (43).Dedi: «Özümü dağa yetirərəm, məni sudan saxlar». Dedi: «Bu gün Allahın əmrindən qoruya bilən yoxdur, ancaq kimə ki, rəhm edə!» Dalğa onların arasına ayrılıq saldı və o, qərq olanlardan oldu. (44).Deyildi: «Ay ərz, sən suyunu ud və ay səma, saxla!» Su çəkilib və Allahın əmri qərar tapdı və Cudi dağının üstündə dayandı və deyildi: «Zalim qoum məhv olacaq!» (45).Nuh nida etdi Rəbbinə və dedi: «Rəbbim, həqiqətən, oğlum mənim əhlimdəndir və həqiqətən, Sənin vədən haqdır və Sən hakimlərin Hakimisən!»


«Hud» surəsi (11) 46 -53 -cü ayətlər

(46).Dedi: «Ay Nuh! Həqiqətən, o, sənin əhlindən deyil. Həqiqətən, o qeyri saleh əməldir. Onu ki, bilmirsən, onun barəsində Mənə sual etmə. Həqiqətən, Mən sənə nəsihət edirəm ki, cahillərdən olmayasan» (47).Dedi: «Rəbbim, Sənə sığınıram ki, mənim ona ki, elmim yoxdur Səndən sual edəm. Əgər məni bağışlamayasan və mənə rəhm etməyəsən, xəsarətdə olanlardan olaram». (48).Deyildi: «Ay Nuh! En salam ilə Bizdən və bərəkət üzərinə sənin və üzərinə ümmətlərin, kim ki, səninlədir. Və ümmətlər – mətahlandırarıq onları, sonra toxunar onlara Bizdən ələmli əzab!» (49).Bunlar qeyb xəbərlərindəndir. Biz vəhy edirik onu sənə. Bundan qabaq sən və sənin qoumun onları bilmirdiniz. Səbr et! Həqiqətən, aqibət müttəqilər üçündür! (50).Ada tərəf - qardaşları Hudu. Dedi: «Ay qoumum! İbadət edin Allaha! Sizin üçün Ondan qeyri İlahi yoxdur. Həqiqətən, siz ancaq iftira edirsiz. (51).Ay qoumum! Mən sizdən buna görə əcr istəmirəm. Mənim əcrim ancaq o kəs ki, məni yaradıb, Onun üzərinədir. Ə, məgər əql etməzsinizmi? (52).Ay qoumum! Rəbbinizdən bağışlanmaq istəyin, sonra Ona tərəf qayıdın. O səmadan sizə bol yağış göndərər və qüvvətinizin üstündən qüvvət artırar. Cərimə olunmuş olaraq üz döndərməyin!» (53).Dedilər: «Ay Hud! Bizə aydın dəlillə gəlmədin və biz heç vaxt sənin sözünlə öz ilahilərimizi tərk etmərik və biz sənə inanmırıq!


«Hud» surəsi (11) 54 -62 -ci ayətlər

(54).Biz ancaq deyirik ki, bəzi ilahilərimiz sənə pislik edib». Dedi: «Mən Allahı şahid çağırıram və siz də şahid olun ki, mən uzağam nədən ki, şərik qoşursunuz, (55) Ondan başqa! Fənd edin mənə cəmiyyən, sonra məni gözləməyin. (56).Həqiqətən, mən Allaha təvəkkül etdim – Rəbbimə və Rəbbinizə sizin. Canlılardan elə biri yoxdur ki, O onun alnından tutmasın. Həqiqətən, Rəbbim düz yolun üzərindədir! (57).Əgər siz üz döndərsəniz, fəqət mən sizə təbliğ etdim onu ki, nə ilə sizə göndərilmişəm. Rəbbim sizi qeyri qoumla dəyişər və siz Ona bir şeylə zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim üzərində külli şeyin Hafizdir!» (58).Amma elə ki, Bizim əmrimiz gəldi, Huda və o kəslərə ki, onunla iman gətiriblər, Öz rəhmətimizlə nicat verdik və onlara nicat verdik qəliz əzabdan. (59).Bu, Ad idi ki, Rəblərinin ayətlərini inkar etdilər və Onun rəsullarına asi olub və tabe oldular külli zor deyənin, inadkarın əmrinə. (60).Bu dünyada və qiyamət gününündə lənətlə müşaiət edərlər. Ə, məgər yoxmu? Həqiqətən, Adlılar Rəblərinə kafir oldular. Ə, məgər yoxmu? Ad – Hudun qoumu məhv olacaq! (61).Səmudlulara tərəf - qardaşları Salehi. Dedi: «Ay qoumum! İbadət edin Allaha! Sizin üçün Ondan qeyri İlahi yoxdur. O sizi ərzdən inşa etdi və ərzdə sizi yerləşdirdi. Ondan bağışlanmaq istəyin, sonra Ona tərəf dönün. Həqiqətən, Rəbbim Qəribdir, Mucibdir!» (62).Dedilər: «Ay Saleh! Bundan qabaq öz aramızda sənə ümid bəsləyirdik. İndi atalarımızın ibadət etdiyinə ibadət etməkdən bizi çəkindirirsənmi? Biz bərk şəkk edirik ona ki, bizi çağırırsan».



«Hud» surəsi (11) 63 -71 -ci ayətlər

(63).Dedi: «Ay qoumum! Ə, görürsünüzmü, mənim Rəbbimdən bəyanatım var və mənə Öz rəhmətindən əta edibdir. Kim mənə Allahın qəzəbindən yardım edər, əgər mən Allaha asi olam? Siz mənə xəsarətdən qeyri bir şey artırmazsınız. (64).Ay qoumum! Bu Allahın dəvəsi sizin üçün ayətdir. Qoyun Allahın ərzində otlasın və ona pisliklə toxunmayın ki, yaxın əzab sizi tutmasın!» (65).Ancaq onu kəsdilər və dedi o: «Üç gün yaşayış yerlərinizdə faydalanın. Bu bir vədədir ki, onda yalan yoxdur!» (66).Amma elə ki, Bizim əmrimiz gəldi Salehə və o kəslərə ki, onunla iman gətiriblər, Öz rəhmətimizlə o günün rüsvayçılığından nicat verdik. Həqiqətən, Rəbbin Qəvidir, Əzizdir! (67).O kəslər ki, zalim idilər, tutdu onları şiddətli səs və sübh etdilər öz diyarlarında üzü üstə düşmüş halda, (68) sanki, orada yaşamayıblar. Ə, məgər yoxmu? Həqiqətən, Səmudlular Rəblərinə kafir oldular. Ə, məgər yoxmu? Səmudlular məhv olacaqlar! (69).Gəldilər rəsullarımız İbrahimə bəşarətlə. Dedilər: «Salam!» Dedi: «Salam!» Və az keçmədi ki, onlara qızardılmış buzov əti gətirdi. (70).Amma elə ki, gördü onlar ona əl vurmadılar, onlardan xoşu gəlmədi və özündə onlara qarşı xof hiss etdi. Dedilər: «Xoflanma, həqiqətən, biz, Lut qoumuna tərəf göndərilmişik». (71).Arvadı onun ayaq üstə durmuşdu, onu gülmək tutdu. Və Biz bəşarət verdik ona İshaqla və İshaqdan sonra Yəqubu.



«Hud» surəsi (11) 72 –81 -ci ayətlər

(72).Dedi: «Vay olsun mənə! Ə, qoca arvad olduğum halda, övladım ola bilərmi və bu ərim də şeyxdir? Həqiqətən, bu, əcaib bir şeydir!» (73).Dedilər: «Allahın əmrindən təəccübmü edirsən? Allahın rəhməti və bərəkəti siz əhli beytədir. Həqiqətən, O Həmiddir, Məciddir!» (74). Və amma elə ki, getdi İbrahimdən həyacan və ona bəşarət gəldi, Lut qoumunun barəsində Bizimlə mübahisəyə başladı. (75).Həqiqətən, İbrahim həlim və qayıdan idi! (76).Ay İbrahim, bu sözlərdən üz döndər. Həqiqətən, gəlmişdir əmri Rəbbinin və həqiqətən, onlara qarşısı alınmayan əzab gələcək! (77).Amma elə ki, rəsullarımız Luta yaxınlaşdı, o, kədərlənib və onlara görə sıxıntı keçirtdi. Dedi: «Bu gün ağır gündür». (78).Gəldi qoumu onun yanına tələsən halda ki, bundan qabaq pis əməl sahibi idilər. Dedi: «Ay qoumum! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün pakdır. Qorxun Allahdan və məni qonaqlarım qarşısında rüsvay etməyin. Sizin aranızda düzgün bir kişi yoxdurmu?» (79).Dedilər: «Əlbəttə, bilirsən ki, sənin qızlarında gözümüz yoxdur və bilirsən ki, biz nə istəyirik». (80).Dedi: «Ay kaş, sizin üçün bir qüvvəm olaydı, ya da möhkəm bir yerə tərəf pənah aparaydım!» (81). Dedilər: «Ay Lut! Həqiqətən, Biz sənin Rəbbinin rəsullarıyıq. Onlar sənə toxuna bilməzlər. Sən gecə çağı öz əhlini – arvadından başqa, həqiqətən, onlara yetişən ona da yetişəcək – götürüb get. Həqiqətən, onlara vəd olunan sübhdür. Ə, sübh yaxın deyilmi?



«Hud» surəsi (11) 82 -88 -ci ayətlər

(82).Amma elə ki, Bizim əmrimiz gəldi, oranı alt-üst etdik və onların üzərinə yağdırdıq bərk gildən olan daş yağışı - (83) Rəbbinin yanında adlanmışları. Bu, uzaq olmayacaq zalim qoumdan! (84).Və Mədyənə tərəf qardaşları Şuəybi. Dedi: «Ay qoumum! Allaha ibadət edin! Sizin Ondan qeyri İlahiniz yoxdur. Ölçü və mizanda kəsməyin. Mən sizi xeyir içində görürəm və mən qorxuram sizi əhatə edəcək əzab günündən. (85).Ay qoumum, vəfalı olun ölçü və mizana insafla və insanların əşyalarını əskiltməyin və səy etməyin ərzdə fəsad etməyə. (86).Allahın baqi qoyduğu sizin üçün xeyirlidir, əgər oldunuz inananlar. Mən sizin mühafiziniz deyiləm». (87).Dedilər: «Ay Şuəyb! Ə, sənin islahatın əmr edir ki, atalarımızın ibadət etdiklərini tərk edək, ya öz malımızı istədiyimiz kimi işlətməyək? Həqiqətən, sən həlimsən, rəşidsən!» (88).Dedi: «Ay qoumum! Ə, gördünüzmü, Rəbbimdən bəyanatım var və O mənə yaxşı ruzi yetirib. Ondan ki, sizi mane edirəm, istəyirəm sizinlə müxalifətlik etməyim. Ancaq bacardığım qədər sizin işlərinizi islah etmək istəyirəm və mənim müvəffəqiyyətim ancaq Allah ilədir. Mən Ona təvəkkül etmişəm və Ona üz tuturam.



«Hud» surəsi (11) 89 -97 -ci ayətlər

(89).Ay qoumum! Sizin mənimlə müxalifətliyiniz Nuh qoumuna, ya Hud qoumuna, ya Saleh qoumuna yetişən bəla və müsibəti sizə yetirməsin və Lut qoumunun zamanı sizdən çox uzaq deyil. (90).Rəbbinizdən bağışlanmaq istəyin, sonra Ona tərəf qayıdın. Həqiqətən, Rəbbim Rəhimdir, Vəduddur- yəni bəndələrini sevəndir!» (91).Dedilər: «Ay Şuəyb! Sənin söylədiklərinin çoxunu başa düşmürük və səni öz içərimizdə zəif görürük. Əgər tayfanın ehtiramı olmasaydı, həqiqətən, səni daşa basardıq. Sən bizim üçün əziz deyilsən!» (92).Dedi: «Ay qoumum! Mənim tayfamın izzət və ehtiramı sizin üçün Allahdan artıqdırmı? Allahı tamam unudubsunuzmu? Həqiqətən, Rəbbim nə ilə ki, əməldəsiniz, Mühitdir. (93).Ay qoumum! Hər nə sizin imkanınızda varsa, əməl edin və mən də əməl edərəm. Tezliklə biləcəksiniz ki, kimə yetişəcək rüsvayedici əzab və kim yalançıdır. İzləyin, həqiqətən, mən də sizinlə birlikdə izləyirəm». (94).Amma elə ki, gəldi əmrimiz, Şuəybə və o kəslərə ki, onunla iman gətirmişdilər, Öz rəhmətimizlə nicat verdik. Tutdu o kəsləri ki, zalim idilər, dəhşətli səs və sübh etdilər öz diyarlarında üzü üstə düşmüş halda. (95).Sanki o yerdə heç yaşamayıblar. Ə, məgər yoxmu? Mədyən də Səmud kimi Allahın rəhmətindən uzaq oldu. (96).Göndərdik Musanı aydın dəlillə (97) Firauna və onun böyüklərinə tərəf və Firaunun əmrinə itaət etdilər. Firaunun əmri düzgün deyildi.


«Hud» surəsi (11) 98 -108 -ci ayətlər

(98).Qiyamət günündə o qoumunun qabağına düşüb onları cəhənnəmə varid edər. Varid olanlar üçün çox pis yerdir. (99).Burada və qiyamət günündə onları lənətlə müşaiət edərlər. Bu, çox pis hədiyyədir ki, verirlər.(100).Bunlar xəbərləridir kəndlərin ki, hekayət edirik sənə. Onlardan bəziləri durur, bəziləri biçilib. (101).Biz onlara zülm etmədik və lakin onlar öz nəfslərinə zülm etdilər. Rəbbinin əmri gələndə Allahdan başqa çağırdıqları ilahilər onları bir şeylə ehtiyacsız etmədilər və onların yalnız həlakını gücləndirdilər! (102).Belədir tutmağı sənin Rəbbinin, onda ki, tutdu kəndləri ki, onlar zalim idilər. Həqiqətən, Onun tutmağı ələmlidir, şiddətlidir! (103).Həqiqətən, bunda ayətlər var o kəs üçün ki, axirət əzabından xoflanır. Bu, o gündür ki, insanlar onda cəm olacaqdır və bu, o gündür ki, görərlər. (104).Biz onu təxirə salmışıq, ancaq təyin olunmuş vaxtadək. (105).O gündə ki, gələr, ancaq heç kəs Onun izni olmadan danışmaz. Onlardan olacaqdır bədbəxt olanları və xoşbəxt olanları. (106).Amma o kəslər ki, bədbəxtdirlər – oddadırlar. Orada onlar üçündür bağırtı və sızıltı - (107) həmişəlik orada qalacaqlar, nə qədər ki, səmalar və ərz durur, ancaq nə ki, sənin Rəbbin istəyə. Həqiqətən, Rəbbin nə istəsə edər! (108).Amma o kəslər ki, xoşbəxtdirlər, həmişəlik cənnətdə olacaqlar, nə qədər ki, səmalar və ərz durur, ancaq nə ki, sənin Rəbbin istəyə. Onun bəxşişləri heç zaman tükənməz.



«Hud» surəsi (11) 109 -117 -ci ayətlər

(109).Bunların ibadət etdiklərinə şübhədə olma. Onlar ancaq ibadət edirlər, nə qədər qabaqcadan ataları ibadət etmişdi. Həqiqətən, Biz onların payını kəsmədən verərik! (110).Əlbəttə, Musaya kitabı əta etdik və onda ixtilaf etdilər. Əgər Rəbbinin əvvəlcədən kəlməsi olmasaydı, onların arasında həll olunardı. Həqiqətən, onlar bunda həmişə şəkk və şübhədədirlər. (111).Həqiqətən, Rəbbin hər bir kəsin mükafatını verəcək əməllərinə görə. Həqiqətən, O nə ilə ki, əməldədirlər, Xəbirdir! (112).Düz dayan, nə qədər, sənə əmr olunub və kim ki, səninlə qayıdıb və tüğyan etməyin! Həqiqətən, O nə ilə ki, əməldəsiniz, Bəsirdir! (113).Dost olmayın o kəslərlə ki, zalimdirlər, sizə od toxunmasın. Allahdan başqa sizin üçün dost yoxdur. Sonra sizə yardım olunmaz. (114).Ayağa qalx islahata günün tərəflərində və gecənin qaranlıq çağında. Həqiqətən, yaxşılıqlar pislikləri aparar! Bu zikr zikr edənlər üçündür. (115).Səbr et, həqiqətən, Allah yaxşılıq edənlərin əcrini zay etməz. (116).Bəs nə üçün sizdən qabaq qərinələrdən baqiyyət sahibləri olmadı - ancaq az bir dəstədən başqa ki, onlara nicat verdik - ərzdə fəsad etməkdən çəkindirəydilər? O kəslər ki, zalim idilər, tabe oldular dünya yaşayışına və cərimə olunmuşlardan oldular. (117).Sənin Rəbbin əhalisi saleh olan kəndi zülmlə həlak edən olmadı!




«Hud» surəsi (11) 118 -123 -cü ayətlər

(118).Və əgər Rəbbin istəsəydi, edərdi insanları vahid ümmət. Və son qoymazlar ixtilafa, (119) ancaq o kəsə ki, Rəbbin rəhm edə. Bundan ötrü onları xəlq edib O. Rəbbinin kəlməsi tamam oldu: «Mən cəhənnəmi cəmiyyən cinlər və insanlarla dolduracağam!» (120).Külli hekayət etdik üzərinə sənin xəbərlərindən rəsulların nə ki, sabit edək onunla könlünü sənin. Bunda sənə haqq gəldi və moizədir və zikrdir inananlar üçün! (121).De o kəslərə ki, inanmırlar: «Hər nə imkanınızda var əməl edin, həqiqətən, biz də əməl edərik. (122).Gözləyin, həqiqətən, biz də gözləyirik!» (123).Allah üçündür səmaların və ərzin qeybi və külli əmrlər Ona tərəf müraciət edir. Ona ibadət et və Ona təvəkkül et. Rəbbin etdiyiniz əməllərdən qafil deyil!



«Yusif» surəsi (12)




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin