(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif, Lam, Ra. Bunlar aşkar kitabın ayətləridir. (2).Həqiqətən, nazil etdik Qur’anı – ərəbi olanı, ola ki, əql edəsiniz! (3).Biz hekayət edirik sənə yaxşı qissəni, yəni hekayəni, nə ilə ki, vəhy edərək sənə bu Qur’anı və sən bundan qabaq qafillərdən idin. (4).Onda dedi Yusif atasına: «Ay ata! Mən yuxuda on bir ulduz və şəms və qəmər gördüm. Mən gördüm ki, onlar mənə səcdə edirlər».
«Yusif» surəsi (12) 5 -14 -cü ayətlər
(5).Dedi: «Ay oğlum! Röyanı qardaşlarına hekayət etmə, sənə qarşı fənd edərlər. Həqiqətən, şeytan insan üçün ədavətlidir aşkar. (6).Beləliklə seçəcək Rəbbin səni və öyrədəcək sənə hədislərin təvilini və tamama yetirəcək Öz nemətini sənin üzərinə və Yəqub ailəsinin üzərinə, nə qədər, bundan qabaq ataların İbrahim və İshaqın üzərinə tamama yetirdi onu. Həqiqətən, Rəbbin Alimdir, Həkimdir!» (7).Əlbəttə, Yusif və onun qardaşlarında sual edənlər üçün ayətlər var. (8).Onda dedilər: «Atamızın Yusifə və onun qardaşına məhəbbəti bizdən artıqdır və biz isə bir dəstəyik. Həqiqətən, atamız aşkar zəlalətdədir!» (9).«Yusifi qətlə yetirin, ya uzaq bir ərzə göndərin ki, atanızın üzü sizə tərəf dönsün və bundan sonra saleh qoum olarsınız!» (10).Dedi onlardan biri: «Yusifi qətlə yetirməyin. Onu karvan yolu üzərində olan quyuya atın, əgər əməl edəcəksiniz». (11).Dedilər: «Ay atamız, nə olubdur ki, sən Yusif barəsində bizə əmin deyilsən? Bir surətdə ki, biz onun üçün xeyir istəyənlərik. (12).Sabah onu bizimlə göndər, ta oynayıb – əylənsin. Biz onu mühafizə edərik!» (13).Dedi: «Mən hüznlü olaram, əgər siz onu aparsanız və xoflanıram ki, qurd onu yeyə və siz ondan qafil olasınız». (14).Dedilər: «Əgər qurd onu yesə, bir surətdə ki, biz bir dəstəyik, onda biz xəsarətlilərdən olarıq!»
Dostları ilə paylaş: |