«Yusif» surəsi (12) 23 -30 -cu ayətlər
(23).Evində olduğu qadın ona meyl etdi və qapıları bağlayıb dedi: «Sənin ixtiyarındayam!» Dedi: «Güvənirəm Allaha. Həqiqətən, Rəbbim mənə yaxşı məqam bağışlayıb. Həqiqətən, O zalimlərə nicat verməz!» (24).Əlbəttə, o, meyl etdi ona. O da ona meyl edərdi, əgər Rəbbinin dəlilini görməsəydi. Beləliklə Biz ona pis əməldən və fahişəlikdən yardım etdik. Həqiqətən, o, Bizim məxlus bəndələrimizdən idi. (25).Onlar o halda qapı qabağına yetişdilər və o, cırdı onun paltarını arxadan və qapı qabağında ərini gördülər. Dedi: «O kəs ki, sənin əhlinə pislik istədi, onun cəzası nədir – zindan, ya ələmli əzab deyilmi?» (26).Dedi: «O məni özünə tərəf dəvət etdi» və onun əhlindən bir şahid şəhadət verdi: «Əgər onun paltarı qabaqdan cırılıbsa, arvad doğru deyir və o, yalançıdır. (27).Əgər paltarı arxadan cırılıbsa, arvad yalan deyir və o, doğrudur». (28).Amma elə ki, gördü paltarı arxadan cırılıb, dedi: «Həqiqətən, o sizin fəndinizdəndir. Həqiqətən, sizin fəndiniz böyükdür. (29).Yusif, sən bundan üz çevir. Sən də öz günahından bağışlanmaq istə, həqiqətən, sən xəta edənlərdən oldun». (30).Şəhərdə qadınlar dedilər: «Əzizin arvadı öz xadiminə meyl etmiş və ona vurulmuşdur. Biz onu aşkar zəlalətdə görürük».
Dostları ilə paylaş: |