«f a t I h ə» s u r ə s I (1)


«Yusif» surəsi (12) 31 -37 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə86/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   82   83   84   85   86   87   88   89   ...   325

«Yusif» surəsi (12) 31 -37 -ci ayətlər

(31).Və amma ki, eşitdi məkrləri ilə onların, göndərdi tərəfinə onların və hazırladı onlar üçün mütəkkə və əta etdi külli vahidinə onlardan bıçaq və dedi: «Xaric ol onlara tərəf!» Amma elə ki, onu gördülər, onu böyük sayıb və əllərini kəsdilər və dedilər: «Həşə lilləh! Bəşər deyil bu, ancaq kəramətli mələkdir». (32).Dedi: «Bu, odur ki, siz məni ona xatir danlayırdınız». Bəli, mənim ona meylim var idi, ancaq o, nəfsini saxladı. Əgər mənim əmrimə əməl etməsə, zindana gedəcək və alçalmışlardan olacaq. (33).Dedi: «Rəbbim! Zindan mənə onların istəklərindən yaxşıdır. Əgər Sən onların fəndlərini məndən uzaq etməsən, onlara meyl edib və cahillərdən olaram». (34).Rəbbi onun istəyini yerinə yetirdi və onların fəndlərini ondan uzaqlaşdırdı. Həqiqətən, O Səmidir, Alimdir! (35).Bundan sonra onlar onun bu düzlük nişanını gördülər və bir neçə müddət onu dustaq etmək qərarına gəldilər. (36).İki gənc oğlan da onunla zindana daxil oldu. Onlardan biri dedi: «Mən gördüm ki, şərab sıxıram». Və o birisi dedi: «Mən gördüm ki, başım üstə çörək aparıram və quşlar da ondan yeyirlər. Xəbər ver bizə onların təvilindən. Həqiqətən, səni yaxşılardan görürük». (37).Dedi: «Sizə ruzi olaraq verilən təamlarınız gəlməmişdən qabaq, onların təvilindən xəbər verərəm. Bunlar Rəbbimin mənə öyrətdikləridir. Həqiqətən, mən tərk etmişəm o qoumun millətini ki, Allah ilə inanmırlar və onlar axirət ilə kafirdirlər».



«Yusif» surəsi (12) 38 -43 -cü ayətlər

(38).Mən tabe oluram atalarım İbrahim və İshaq və Yəqubun millətinə. Bizə yaraşmaz ki, bir şeyi Allah ilə şərik qoşaq. Bu, Allahın bizə və insanlara bağışladığı fəzlidir və lakin insanların əksəriyyəti şükr etməz! (39).Ay zindan yoldaşlarım! Bir-birindən fərqli rəblər xeyirlidir, yoxsa Vahid, Qahir olan Allah? (40).Ondan başqa ibadət etdikləriniz ancaq sizin və atalarınızın adlandırdıqlarıdır və Allah nazil etməyib onunla sultanlıqdan. Hökm ancaq Allaha məxsusdur. O əmr edib ki, ancaq Ona ibadət edəsiniz. Budur qiymətli din və lakin insanların əksəriyyəti bilmir! (41).Ay zindan yoldaşlarım! Sizdən biriniz rəbbinə şərab süzəcək və amma o birini səlibə çəkəcəklər və quşlar onun başından yeyəcəklər. O əmri ki, siz fitvasını istəyirdiniz, belə həll oldu! (42).Dedi o kəsə ki, onun nicatını zənn edirdi: «Məni rəbbinin yanında zikr et!» Şeytan ona unutdurdu ki, rəbbinin yanında onu zikr etsin və neçə il zindanda qaldı. (43).Məlik dedi: «Gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yeyir və yeddi yaşıl sünbülü yeddi qurumuş sünbül əhatə edib. Ay böyüklər! Gördüyüm röyanın həllini mənə verin, əgər röyanın təbirini bilənlərsiniz!»


«Yusif» surəsi (12) 44 -52 -ci ayətlər

(44).Dedilər: «Qarışıq yuxulardır və biz yuxu təvilini bilmirik!» (45).Nicat tapmış və bir müddətdən sonra yadına düşmüş o iki nəfərdən biri dedi: «Mən sizi bunların həllindən xəbərdar edərəm. Məni onun yanına göndərin!» (46).«Yusif! Ay siddiq! Yeddi arıq inəyin yeddi kök inəyi yeməsi və yeddi yaşıl sünbülü yeddi quru sünbülün əhatə etməsinin həlli nədir? Ola ki, insanların yanına qayıdım. Ola ki, onlar bilsinlər!» (47).Dedi: «Yeddi il adətə görə əkin. Hər nə biçirsiniz bir azını yeyib, qalanını sünbüllərlə anbara yığın. (48).Bundan sonra gələcək yeddi çətin il ki, onda anbarda olanları yeyib və bir azını saxlayın. (49).Bundan sonra gələcək bir il ki, insanlar üçün bol yağış olacaq və onda onlar sıxarlar». (50).Məlik dedi: «Onu mənim yanıma gətirin!» Amma onda ki, rəsul onun yanına gəldi, dedi: «Qayıt rəbbinin yanına və əllərini kəsən qadınların əhvalatından sual et. Həqiqətən, Rəbbim onların fəndinə Alimdir!» (51).Dedi: «Onda ki, siz Yusifi öz tərəfinizə dəvət etdiniz, Yusif sizə nə dedi?» Dedilər: «Həşə lilləh! Biz ondan pislik bilmirik!» Əzizin arvadı dedi: «İndi haqq aşkar oldu. Mən onu öz tərəfimə dəvət etdim və həqiqətən, o, sadiqlərdəndir!» (52).Dedi: «Bu, ona görə idi ki, o bilsin ki, mən qeybdə ona xəyanət etməmişəm. Həqiqətən, Allah xainlərin fəndini hidayət etməz!»



«Yusif» surəsi (12) 53 -63 -cü ayətlər


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin