(1).İsmi ilə Allahın – Rəhmanın Rəhimin! Əlif, Lam, Mim, Ra! Bunlar kitabın ayətləridir – odur ki, nazildir sənin üzərinə Rəbbindən – haqdır və lakin insanların əksəriyyəti inanmır. (2).Allah – Odur ki, səmaları dirəksiz ucaltdı, onu görürsüz. Sonra ərşin üzərində qərar tutdu və ram etdi şəmsi və qəməri. Küllisi caridir toxunan əcəl üçün. O idarə edir əmrləri, müfəssəl edir ayətləri, ola ki, Rəbbinizin görüşünə yəqinliyiniz olsun. (3).O – Odur ki, ərzi geniş etdi və etdi onda möhkəm dağlar və çaylar. Və külli səməratdan etdi orada iki cütnən ikisini. Bürüdü gecəni gündüzə. Həqiqətən, bunlarda fikirləşən qoum üçün ayətlər vardır. (4).Və ərzdə qitələr var qonşu və üzüm cənnətləri və əkinlər və eyni kökdən olan və eyni kökdən olmayan xurma ağacları, hansı ki, bir su ilə sulanırlar. Yemək üçün onun bəzisini bəzisindən üstün etdik. Həqiqətən, bunda ayətlər var ağıl sahibi olan qoum üçün. (5).Əgər sən təəccüb edirsən, təəccüblüsü onların sözləridir: «Ə, onda ki, biz torpaq olduq, ə, yenidənmi xəlq olunacağıq?» Həmin onlar o kəslərdir ki, Rəblərinə kafir olurlar və həmin onlardır ki, boyunlarında zəncirlər var. Onlar od əshabıdırlar, orada həmişəlikdirlər.