Şəkil 13. Leksemlər arasında qohumluq bildirən sözlərin ikili bölgüsü.
X.2. Dil işarələrinin semantik sahələr üzrə
bölgüsü
Ancaq heyvan, bitki, qida, paltar və s. kimi heteronimlər daha böyük söz sahələri yaradır. Burada sahənin özülünü təşkil edən iki və ya daha artıq səviyyəli hierarxik strukturdur. Zirvəsində heteronim dayanır (məsələn, heyvan, bədən, nəqliyyat vasitəsi və s.), sonra aşağıdan digər səviyyələr ona qoşulur. Məfhumlar hierarxiyasının bu cür sistemini taksonomiya adlandırırlar. Taksonomiyada alt məfhum hiponim adlanır, ondan sonrakılar isə hiponimin alt qatını bildirməklə hiponimə aid olur. Burada da incə bir məsələni fərqləndirmək lazımdır. Məsələ burasındadır ki, bütün hiponimlər bu cür səciyyələnə bilmir. Velosiped də, avtomobil də nəqliyyat vasitəsi hiponiminə daxildir, ancaq onlar /gənclər/, /uşaqlar/ hiponiminə daxil deyildir. Odur ki, onlar taksonomiya yaratmır. /Uşaq-qız-gənc (oğlan)/ kimi hiponimlər münasibətlərində referentlərə aid əlamət var (cins). Taksonomiyadakı hiponimlər isə bir sıra əlamətlərlə fərqlənirlər. Aşağıda heyvan adlarını bildirən taksonomiyanın sxemi verilir (bax: şəkil 14).
Heyvan
at inək qoyun pişik it
şişək toğlu erkək boğaz
Şəkil 14. Heyvan adlarının bölgüsü
İnsan bədəni də bir-birilə bağlı vahidlərin bütövüdür. Bədən üzvləri heç də ayrılıqda mövcud olan parçalar deyil, onlardan hər birinin də tərkib hissələrə bölünməsi aydındır. Məsələn, bədənin baş hissəsində göz, qulaq, burun və s. hissələr vardır. Aşağıdakı şəkildə bədənin sistem olduğu aydın nəzərə çarpır (bax: şəkil 15).
Bədən
baş boğaz gövdə qıç qol
qulaq üz əl bilək
göz ağız qarın döş
dodaq dil dırnaq ovuc
Şəkil 15. Bədən üzvlərinin ikili bölgüsü.
İnsan bədənindəki sözlər sisteminin konstituent tərkiblərini bildirən ifadələri göstərmək üçün meronimiya (yunanca meron-hissə) terminindən istifadə edirlər. Meronimiyaya əsaslanan sistemi merologiya adlandırırlar. Bu zaman deyirlər ki, A B-nin meronimidir, B isə A-nın holonimidir. Hissələr bütövün konstitutiv parçaları kimi çıxış edir. Məntiqi olaraq bunu belə ifadə etmək olar:
B-yə A aiddir, B-lərin A-sı var, A-lar B-yə aiddir, A-lar B-nin hissələridir. Məsələn, üzə iki göz, ağızıa isə dodaqlar aiddir. “Aiddir” və ya “vardır” başqa çalarlıqlar da ifadə edir. Məsələn, demək olar ki, şəxsin adı, ölçüsü, ünvanı var. Meronim və holonim arasındakı məna münasibətləri hissənin bütövə aidiyyətilə yanaşı, həm də hissə ilə tam arasında olan konsepsiyanın tərkib hissələridir. Məsələn, /əl/ konsepsiyası o deməkdir ki, əldə barmaqlar var və barmaqlar isə əlin müəyyən hissəsidir.
Taksonomiyada hiponimə aid alt məfhumlar tranzitivlik əlaqəsinə əsaslanır, B-nin alt məfhumunun alt məfhumu eyni zamanda B-nin alt məfhumudur. Məfhumun alt məfhumu eyni zamanda B-nin alt məfhumudur. Bu əlaqə metonimiyada məcburi deyil. Məsələn, /barmaq/ əlin konstitutiv hissəsidir, /əl/ isə qolun konstitutiv hissəsidir, ancaq bu o demək deyil ki, barmaq qolun konstitutiv hissəsidir.
Qohumluq əlaqələri bildirən sözlərin arasındakı məna münasibətlərinin təhlili ciddi maraq doğurur. Bu zaman ata tərəfin (qan) və ana tərəfin (can) qohumlarını xüsusi fərqləndirmək lazımdır. Ailə münasibətlərini belə göstərmək olar (bax: şəkil 16).
ana ata
oğul = qız
Şəkil 16. Ailədə münasibətlər:
-nı nikahı, = bərabərliyi bildirir.
Valideyn-uşaq münasibətləri özək ailədə belə olur. Burada bacı, qardaş, ər-arvad (arvad,ər) münasibətləri öz əksini tapıb. Əlbət ki, bu sxem elementar ailə əlaqələrini əks etdirir. Biz şəxsin özündən çıxış edib şəcərəni açmalı olsaq (bu şəcərədə aid şəxsi (buna propozitiv deyirlər) nəslin ortasında yerləşdirməklə belə bir dolğun şəkil ala bilərik (bax: şəkil 17).
nənə
baba
bibi
= əmi
xala
= dayı
ana
ata
əmi uşağı
bibi uşağı
əmi/bibi qızı
Arvad ər
bacı
qardaş ==
dayı/xala uşağı
dayı/xala qızı/oğlu
=
qız oğul
qardaşoğlu/qızı
bacıoğlu/qızı
qız nəvə
oğul nəvə
Şəkil 17. /Mən/ şəcərəsinin şəkli: a) ↕ ikitərəfli valideyn-uşaq münasibətləri; = bacı/qardaş; – ər-arvadlılıq münasibətləri; Bunu üç kodlu münasibət adlandırırlar.
Can qohumunun əlaqələrini də nəzərə alsaq biz belə bir şəkil əldə edərik (bax: şəkil 18).
qayınana
qayınata
bacı
qardaş
=
baldız
qayın =
baldız
qayın =
== Ego ==
baldız
qayın
=
arvad
kişi
Ego =
qız
oğul
gəlin
kürəkən
Şəkil 18. Can qohumlarının qarşılıqlı münasibətləri.
İkitərəfli qohumluq münasibətləri isə qayınana/qayınata baxımından belə olacaq (bax: şəkil 19)
Şəkil 19. Ailədə qohumluq münasibətlərinin ikili bölgüsü.
Kənarda uşağı olan şəxsin qohumluq münasibəti çox sadədir. Şəxs yalnız valideyn kimi götürülür, yəni ↑/↓ deyil, çünki evlilik münasibəti yaradır.
Bütün şəcərəni əhatə etmək istəsək, cədvəl daha mürəkkəb və çoxşaxəli alınar. Lakin burada buna ehtiyac duymuruq.2
Bircə onu qeyd edək ki, orta əsrlərdə almanlarda ananın bacısına /Muhme/, qardaşına /Oheim/, atanın qardaşına /Vetter/, bacısına isə /Base/ deyirlərmiş.3
Qohumluq bildirən sözlərin arasında polisemiya /Schwager/, (qayın), /Schwägerin/ (baldız) və hiponimiya (uşaq = qız /Tochter/, (oğul) (/Sohn/) hadisələrinə rast gəlmək olur. Cinsi bildirən leksemlər də bütün şəcərəyə aiddir = qız nəvə/ogul nəvə, bacı/qardaş, baldız/qayın və s. Bu qohumluq əlaqələrində qarşılıqlı və konvers münasibətləri də görmək olur: eqo nəvənin babasıdır, həm qızının anasıdır, həm də anasının qızıdır və s.
1. Qohumluq münasibətləri iki xəttə əsaslanır: valideyn/uşaq və nikah münasibətləri. Onlardan hansını əsas götürsək, münasibətlər bir xəttə söykənəcək. Yapon dilində isə sosial amil də nəzərə alınır.
2. Cinsi əlaqələr ancaq yaşı əsas götürür. Bizim Azərbaycan dilində ana və ata tərəfin qohumları başqa cür adlandırılır. Alman, ingilis və rus dillərində isə bu yoxdur, hərçənd ki, tarixən olub.
3. Qarşılıqlı və konvers əlaqələr mövcuddur.
4. Burdakı təsvir metodu başqa dillərə də tətbiq edilə bilər.
Əsas anlayışlar
Terminlər söz sahələri
Sinonimiya taksonomiya
Hiponimiya
Tərkiblər meronimiya
Qarşılaşmalar qohumluq münasibətləri
Antonimiya propozitius
Birbaşa qarşılaşma relasional resiprok
Semantik komplementar relatsional konvers
Heteronim məna komponentləri
Konvers, resiprok məna komponentləri
Dostları ilə paylaş: |