Şəkil 27. Müxtəlif fincanlar
Tədrici, nisbi və ya dərəcəli aidilik. O fincanları düz xətt üzrə düzsək, fincana məxsusluğun dərəcəsini müəyyən etmək olar. O zaman biz aidliyi “f”-lə ifadə edə bilərik: 100%, 80%, 20%. Əgər fincana aidiyyatı yoxdursa, onda 0%-lə ifadə olunar.
Prototip nəzəriyyəsində kateqoriyalaşma modeli aşağıdakı əlamətlərlə müəyyənləşir:
-
kateqoriyanın mərhələli strukturu: üzvlər eyni statuslu deyil.
-
prototiplər ən yaxşı nümunələr kimi: elə prototiplər var ki, ən yaxşı nümunədirlər;
-
zəruri əlamətlərin sabit çoxluğu yoxdur: aidilik müəyyən sabit çoxluğun olması ilə deyil, kateqoriya prototipi həmin kateqoriyanın heç də bütün üzvlərinə aid olmayan əlamətlərlə müəyyənləşə bilər;
-
ailə, sinif oxşarlığı: kateqoriyanın üzvlərində ailə, sinif oxşarlığı olur;
-
prototiplər kateqoriyalaşmanın referens halları kimi: kateqoriyaya məxsusluq prototipə oxşarlıqda təyin olunur;
-
tədrici məxsusluq, yəni dərəcəlidir, nisbidir;
-
qeyri-dəqiq sərhədlər;
Prototiplərin iki mühüm əlaməti var: əvvəla, onlar kateqoriya üçün yaxşı nümunədir, bu da bölünən kateqoriya strukturunun nəticəsidir, başqa sözlə, bölünən struktur müxtəlif misalların olmasıdır; ikincisi, prototiplər referens hallar kimi kateqoriyalaşmaya xidmət edir, halbuki kateqoriyaya məxsusluq üçün əsas kriteriya prototiplə yetərli oxşarlığın olması şərtdir. Qeyri-dəqiq sərhəd növbə ilə sıralanan strukturu ehtiva edir.
Prototiplərin eyniliyi nədədir? Prototip hansı halların xüsusi növüdür (subkateqoriya), ya kateqoriyaya aid konkret bir haldır. /Quş/ prototipin bütün abstrakt əlamətlərini təcəssüm etdirirsə, deməli, prototipdir. Məsələn, heyvan prototipi üçün dördayaqlı və ya qanadlı olması azdır: /pişiklər, quşlar, balıqlar, həşəratlar, amöblər/ da heyvandırlar axı. Amöbi itlə müqayisə edəndə heyvan prototipindən çox kateqoriyalaşma üçün fərdi hal daha düzgün nəticə olardı.
Quşlarda lələk relevant sayıla bilər, çünki bununla onlar qeyri-quş heyvanlardan fərqlənir. Lələk ən yüksək tanınma əlamətidir, çünki qanad uçmağı bacarmaqdır, yumurtlamaq başqa heyvanlarda da var. Quş kateqoriyasının prototip konsepti üçün əlamətlərin kombinasiyası vacibdir: qanadı, lələyi olmaq və uçmaq.
Prototipə oxşarlıq kateqoriyaya məxsusluğu müəyyən edən məsələdir. /Canavar/, /çaqqal/ və /it/ sırasında, /çaqqal/ /canavara/ çox oxşayır, ancaq o /it/ kateqoriyasına aiddir. Burada təkcə zahiri yox, həm də başqa əlamətlər də nəzərə alınmalıdır. Iki kişidən biri mənəvi cəhətdən zəngin və safqəlblidir, o /kişi/ kateqoriyasına uyğun gəlir. Ancaq o birisi fırıldaqdır, əliəyridir, ancaq güclüdür və idmançıdır, o, başqa anlamda /kişi/ kateqoriyasına uyğun gəlir. Ancaq ikisi də /kişi/ prototipinin təmsilçisidir. Buradan da oxşarlığın nisbəti ortalığa çıxır. Oxşarlıq şkalası təyin edir: 0%-100%. Məsələn, /canavar/ /itə/ /inəkdən/ daha çox oxşayır. Deməli, prototipin oxşarlığını müəyyən etmək o qədər də asan deyil.
Bazis səviyyəsi öz əlamətləri ilə seçilir: musiqi instrumenti, gitara (simli alət), saksafon (nəfəsli alət) və pianoya bölünür. Bunlar bazis səviyyəsi sayılır. Onların da digər bölgüsü olur: /skripka/, /kontrabas/, /elektron gitara/ və s.
Bazis anlayışların əlamətləri bazis kateqoriyasının ifadələridir. Bir qayda olaraq buraya sadə, qısa, dilin öz sözləri aiddir. Başqa dillərdən alınmış uzun sözlər dildə qısalır. Məsələn, /Omnibus®Obus/, /Avtomobil®Auto/, /Untergrundbahn®U-Bahn/; /personal computer/-/PC/, /Büstenhalter/-BH/ və s. Aşağı səviyyələrdə isə düzəltmə və mürəkkəb söz daha geniş yayılır. Məsələn, /Notebook/, /Keyboard/ və s.
Bazis sözlər daha çox və tez işlənir. Psixoloji cəhətdən bu sərfəlidir, çünki bazis səviyyəsinin konseptlərinə daha tez reaksiya verilir, bu da mətnin anlaşılmasını asanlaşdırır və tezləşdirir. Bazis kateqoriyaları həm fərqlənməni, həm də tanınmanı yüksək dərəcədə təmin edir.
Prototip nəzəriyyəsinin əsas cəhətləri ondadır ki, empirik göstərilə bilən kateqoriyaların silsilə daxili strukturu qraduel məxsusluq və qeyri-aydın sərhədlərlə eyniləşdirilə bilər, ona görə ki, bu nəzəriyyədə kateqoriyalaşma prototiplə müqayisədə olur. Bəzən elə olur ki, kateqoriyalar da tam dəqiq sərhədlər silsiləli struktura malik olur. Məsələn, tək (1, 3, 5, 7, 9) rəqəmlər də ən yaxşı nümunələr kimi prototip halları təmsil edirlər. Ancaq bunlar üçün sərhəd yoxdur, ona görə də 18764098 və 376542141 heç də 3-dən az tək rəqəmlər deyillər. Tək rəqəmlər 0-dan böyük olur və 2-yə bölünə bilmirlər. Tək rəqəmlərin çoxüzvlü birləşməsində sonda 1, 3, 5, 7, və 9 gəlməsini əsas götürürük. Deməli, tək rəqəm kateqoriyasının silsiləli strukturu və aydın sərhəddi olur.
Deməli, prototip nəzəriyyəsində aşağıdakı amillər nəzərə alınmalıdır:
- kateqoriyanın prototipik halları olur, ancaq onlar kateqoriyalaşmada referens hallar rolunu oynamır;
- kateqoriyaya aidilik zəruri deyil ki, prototiplə oxşar olsun;
- zəruri və yetərli şərtlər-modelindəki kimi, kateqoriyaya aidilik zəruri şərtlərin nəticəsidir;
- silsiləli daxili strukturun dərəcəliliyə görə aidliliyi zəruri deyil (bax: şəkil 28).
0% 100% 0% xeyir / bəli / xeyir
dərəcəli aidilik binar aidilik
Dostları ilə paylaş: |