Feldşer Bölmə – Terapiya Təmizləyici imaləyə əks-göstəriş hansıdır?


) Miokard infarktı olan xəstəyə tibb işçisi nəyi qadağan edə bilər?



Yüklə 304,07 Kb.
səhifə52/336
tarix10.01.2022
ölçüsü304,07 Kb.
#106312
1   ...   48   49   50   51   52   53   54   55   ...   336
174) Miokard infarktı olan xəstəyə tibb işçisi nəyi qadağan edə bilər?
A) Suda bişmiş balığı

B) Qaz əmələ gətirən qidaları (lobya, kartof, qara çörək və s.)

C) Suda bişmiş əti

D) Meyvə şirələrini

E) Buxarda bişmiş kotleti
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq ” 2008.

175) Ocaqlı pnevmoniya xəstəliyinin mümkün fəsadı hansıdır?
A) Quru plevrit

B) Xroniki bronxit

C) Absesləşmə

D) Eksudativ plevrit

E) Bronxial astma
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983.Стр 221-223

176) Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?
A) 10 ml

B) 20 ml


C) 3 ml

D) 2 ml


E) 5 ml
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh.152 . “ Təhsil ” Bakı 1998.

177) Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?
A) Dəridə damar ulduzcuqlarının olması

B) İnfiltrat

C) Fleqmona

D) Abses


E) Hematoma
Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 160. “ Təhsil ” Bakı 1998.

178) Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır?
A) Ət

B) Süd


C) Yağ

D) Südlü sıyıq

E) Çörək
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78 “Azərnəşr” Bakı 1984

179) Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir?
A) Xəstəni xərəyə baş hissəsi aşağı salınmış vəziyyətdə uzandırırlar

B) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır

C) Xəstə xərəkdə bir böyrü üstdə uzanmalıdır

D) Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir

E) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 45 . “ Təhsil ” Bakı 1998.

180) Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?
A) Dəri altına atropin vurmaqla

B) Ürək-damar preparatları vurmaqla

C) Dəri altına və ya venaya məhlul yeritməklə

D) Mədənin yuyulması ilə

E) İmalə ilə

Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.514 “Çıraq ” 2008.




Yüklə 304,07 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   336




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin