İmperializmin böyük səhvi: sionizm rejimini müdafiə
Beynəlxalq sahədə - qeyd etdiyimiz kimi - imperializm böyük səhvlərə düçar olur. Bu səhvlərdən biri bu gün Amerikanın sionizm rejimini müdafiəsində yaranan vəziyyətdir. Bu gün sionizm rejimində iki məsələni görmək olar: Biri həddindən artıq qəddarlıq və yırtıcılıqdır. Bu gün sionistlərin Fələstin torpağının sahiblərinə qarşı etdikləri vəhşilik doğrudan da qəribə, heyrətamiz və misilsiz bir sərgüzəştdir. İkinci məqam budur ki, sionizm rejimi tam çıxılmaz vəziyyətdə qalıb və heç bir yolu yoxdur. Amerikanın səhvi budur ki, bu vəziyyətdə aşkar şəkildə sionizm rejimini müdafiə edir, İsrailə və onun məsul şəxslərinə boş çek verib ki, nə qələt istəsələr, etsinlər, hansı cinayəti istəsələr, törətsinlər. Bu, amerikalıların düzəldilməsi mümkün olmayan səhvlərindəndir və onlar bunun altını çəkəcəklər. Fələstin xalqı göstərib ki, layiqli və möhkəm bir xalqdır; göstərib ki, boş əllə İsrail rejimi kimi iqtidarlı, silahlı, rəhmsiz və qəddar bir rejim qarşısında dayanıb müqavimət göstərə bilir. Bu da digər xalqlara bir dərsdir. Bu gün Fələstin xalqını mənəvi və maddi cəhətdən dəstəkləmək bizim vəzifəmizdir.
Əlbəttə, bu gün Amerika İsrailin cinayətinə şərikdir. Özünü vasitəçi kimi tanıtdıran Amerika prezidenti açıq şəkildə deyir ki, İsraili müdafiə etmək bizim xarici siyasətimizdəndir. O, ərəb dünyasının qarşısında, ərəb ölkə başçılarının və İslam ümmətinin qarşısında belə aşkar şəkildə və həyasızcasına Fələstin torpağının işğalçısı olan İsrailə qarşı öz tərəfdarlığını göstərir.
Dostları ilə paylaş: |