Dünya müsəlmanları barəsində həqiqətən təəssüfə və ağrıya səbəb olan budur ki, müsəlmanlar bu gün hamıdan artıq ehtiyaclı olduqları məsələyə daha az diqqət yetirirlər. O, İslama qayıdışdan, İslamın qüvvəsinə güvənməkdən, müsəlmanlar arasında birliyin və vəhdətin möhkəmləndirilməsindən ibarətdir. Səbəb budur ki, İslam düşmənləri bu din qarşısında daha qəddar və daha aşkar mövqe seçmişlər. Keçmişdə də İslamla çox düşmənçilik olunmuş və vuruşulmuşdur. Amma bu gün bu düşmənlik həmişəkindən daha qəddar, daha aşkar və daha ədavətlidir.
Bu düşmənlərin başında Amerika və sionizmin mənfur birliyi durur. Amerika dünya hegemonluğunun başçısı kimi rəftar edir, sionizm də müsəlmanların bir-biri ilə münasibətlərində pozuculuq və siyasi fəsad amili, eləcə də xalqların, İslam xalqlarının və ölkələrinin inkişaf prosesinə maneə funksiyasinı yerinə yetirir. Bu iki qüvvə birləşmişlər. Təəssüf ki, ərəb regionu ölkələrinin başçılarının çoxunun vəziyyəti - gözlənilirdi ki, onlar Fələstinin işğalçılarına qarşı və bu rüsvayçı, aşkar və həyasızcasına təcavüz qarşısında düzgün mövqe seçsinlər - müsəlmanları günbəgün bu mənfur birlik qarşısında zəiflədən və o hökumətlərin özlərini də daha zəif və dayaqsız edən vəziyyətdir. Yaxşı olardı ki, İslam ölkələrinin başçıları onlara qüdrət, şəxsiyyət, istiqlaliyyət və hegemonçular qarşısında müqavimət gücü verən İslamın qədrini biləydilər. Təəssüf ki, müsəlman rəhbərlərin çoxu bu böyük nemətin qədrini bilmirlər.
İslam öz imanının, uca və nurlu təlimlərinin, mütərəqqi bilgi və hökmlərinin sayəsində İslam ölkələrində elə qüdrət vücuda gətirə bilər ki, heç kəs o xalqlara və ölkələrə hegemonluq edə bilməz, yekəxanalıq edə bilməz, onları nəyəsə məcbur edə bilməz. Nə üçün bu əzəmətli qüdrətdən istifadə etmirlər?
Dostları ilə paylaş: |