Amerika məmurlarının terrorizm məfhumunu yanlış anlamaları
Sonrakı mətləb budur ki, Amerika məmurlarının zehnində olan terrorizm məfhumu yanlış məfhumdur. Onlar terrorizmi pis izah edirlər. Elə izah edirlər ki, iki fələstinli düşərgə olan Səbra və Şətila əhalisinin bu gün işğalçı sionizm hökumətinin başında duran şəxsin əmri ilə bir gecədə kütləvi qırğını və qətliamı terrorizm sayılmır.
Bir neçə il bundan öncə Livanın Qana əhalisinin çoxu şikayət üçün Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki nümayəndəliyi qarşısına toplaşmışdılar. Amma İsrail helikopterləri gəlib qadının, kişinin, uşağın, acın və susuzun olduğu bir neçə yüz nəfər insanı atəşə tutdu və hamısını öldürdü. Amerikalılar bunu terrorizm bilmirlər. Dəfələrlə Livana gəlib insanları oğurlayıblar, yaxud öldürüblər. Amma bunların heç biri terrorizmin nümunəsi deyil. İşğalçı sionizm dövləti bir-iki ay öncə rəsmən qərar çıxardı ki, bəzi fələstinlilər terror olunmalıdırlar. Hətta terror sozünü də işlətdilər, terror da etdilər, maşınlarını partlatdılar, çoxlu insanlar öldürdülər. Amma bunların heç biri terrorizmin nümunəsi deyil. Lakin öz torpaqlarını və tapdanmış hüquqlarını müdafiə etmək üçün qiyam edən, fəryad ucaldan, silahı da olmayıb əlində daş tutan Fələstin xalqı terrorçudur. Amerikalıların məntiqi budur. Bu səhv məntiqdir və dünya bunu qəbul etmir.
Dostları ilə paylaş: |