Digər tərəfdən, son bir neçə gündə Amerikanın müttəfiqi, yəni işğalçı sionizm dövləti Fələstin şəhərlərində bu torpaqların müsəlman əhalisinə qarşı belə bir hücum həyata keçirdi; tankla, təyyarə ilə, helikopterlə və hərbi gəmilərlə xalqın müdafiəsiz evlərinə, qeyri-hərbçilərə, uşaqlara, məktəblərə və xəstəxanalara hücum etdi. Vəziyyət dəhşətlidir. İslam ümməti çox tez nəticə almalı və bu qafillikdən çıxmalıdır. İslam dünyasının hər bir tərəfi hücuma məruz qalır. Cənablar müjdə də verirlər ki, bura ilə kifayətlənməyəcəyik, başqa ölkələrə də hücum edəcəyik. İraqın və Somalinin adını çəkirlər. İslam dünyasının terrorizmlə mübarizə adı altında müxtəlif meydanlara daxil olub öz maraqlarını təmin etməyə çalışan və dünyanın ən böyük terrorçu qurumu, yəni sionizm hökuməti ilə nəinki mübarizə aparmayan, hətta onu dəstəkləyən şəxslərin hücumuna məruz qalması planlaşdırılır. Əgər tankla xalqın evlərin hücum etmək terorizm deyilsə, bəs terrorizm nədir? Əgər ev F-16 təyyarələri və döyüş helikopterləri vasitəsi ilə xalqın evlərini raket atəşinə tutmaq terrorizm deyilsə, bəs terrorizm nədir? Hər halda, bu iki məsələ çox mühüm məsələlərdir və mən hər biri barəsində bir neçə cümlə deyəcəyəm.