Heç kəs Amerika hökumətinin bu cinayətlərdəki məsuliyyətini inkar edə bilməz. Amerikalılar terrorizmlə mübarizə şüarı ilə Əfqanıstan xalqına hücum etdilər. Əfqanıstanda bir neçə nəfəri terrorçu kimi elan etdilər. Amma Fələstin xalqının terroru və onların əleyhinə vəhşicəsinə hücumlara nəinki qarşı çıxmadılar, hətta onu dəstəklədilər də. Həqiqətən dünyanın xalqı və ümumi rəyi üçün çox ibrətli məsələdir. Bunlar nə deyirlər? İnsan hüquqlarından, azadlıqdan və xalqların hüquqlarından dəm vurmağa necə üzləri gəlir? Bir xalqla öz evində bu şəkildə qəddar, vəhşicəsinə və rəhmsiz rəftar olunsun, amma nəinki qarşı çıxmasınlar, hətta dəstəkləsinlər də. Təəssüf ki, həm Amerika hökuməti, həm İngiltərə hökuməti ümumi rəy qarşısında çox pis imtahan verdilər. Mənim fikrimcə, Amerikanın məmurları Amerika xalqını tarixdə xəcalətli etdilər; İngiltərə məmurları İngiltərə xalqını tarixdə başıaşağı və xəcalətli etdilər. Bunlar hökumətlərin və xalqların başında dururlar və bütün bu iddialarla bu böyük insani cinayət qarşısında hətta laqeyd də qalmır, onu müdafiə də edirlər.