Ən böyük zülm - məzlum Fələstin xalqını terrorçu tanıtdırmaq
Bu məzlum xalq əgər özünü müdafiə etsə, əgər fəryad qoparsa, əgər İslam dünyasını köməyə çağırsa, terrorçudur. Sionizm rejimi isə terror işlərini bacardıqca çirkli və həyasız şəkildə günbəgün şiddətləndirir. Onun əməlləri qarşısında öz gözlərini yumurlar, amma bu məzlum xalqı terrorçu təqdim edirlər. Bu ən böyük zülmdür. İslam dünyası özünə gəlməli və məsuliyyət hissi keçirməlidir.
Qərb mediası vasitəsi ilə intifazənin gələcəyinə ümidsizliyin yayılması
Bu gün bizim ehtiyaclı olduğumuz budur ki, mübarizə ilə məşğul olanlar ruhlansınlar və gələcəklərinin ümidverici olduğunu bilsinlər. Təəssüf ki, bəzən bunun əksi görünür. Qərbin təbliğat maşınları bu ümidi sındırmağa çalışırlar. İntifazənin himayə və köməyə ən çox ehtiyacı olan bu son aylarda İslam dünyasında bəzi qələmlərin intifazə üçün zəhərli mətləblərə sarı çəkilməsi müşahidə olundu; intifazənin gücsüzlüyündən və zəifliyindən danışdılar. Bunlar zəhərdir. Bu mətləblərin mənası odur ki, Fələstin xalqının təlsim olmaqdan və sionistlərin ayağına düşməkdən başqa yolu yoxdur.