Şübhəsiz, bu cinayətlərdə yalqız deyil. Şübhəsiz, onun cinayətlərinin şəriki Amerika Birləşmiş Ştatlarıdır. Bu gün kim o zalıma kömək etsə, onun cinayətinə şərik olur. Bu gün bunun təsirinin görünməməsi mümkündür, lakin xalqların və tarixin yaddaşından silinməyəcək.
Fələstin məsələsində liberalizmin rüsvayçılığı
Məmurlar barəsində mövcud olan ən mühüm mənfi cəhətlər bir neçə şeydən ibarətdir. Mən o gün də İmam meydanında qısa işarə vurdum, indi onları siz gənclər üçün bir qədər açmaq istəyirəm:
Biri bəzi məmurlarda inqilabi və dini baxışın və imanın zəifləməsidir. Bunlar Qərbin siyasi proqramlarına valeh olmuşlar; özü də səhv çıxan proqramlara. Bir zaman insan fikrinin və əməlinin təkamül zirvəsi sayılan və ondan üstün bir şeyin mövcud olmadığı deyilən Qərb liberal-demokratiyası (mənim fikrimcə bunun özü bir dar düşüncəliyin əlamətidir ki, insan bir nöqtəni tapıb insanın hərəkət etməsi üçün ondan üstün bir nöqtənin olmadığını desin. Xeyr, insan öz hərəkətində nəhayətsizdir) bu gün öz əli ilə özünü rüsvay etmişdir. Bu gün Əfqanıstan məsələsini və uzun illərdir Fələstin məsələsini vücuda gətirən bu liberalizmdir. Qərbin bu yalançı humanizmi əlli ildir Fələstin xalqını görməzdən gələn və onu bütövlüklə silmək istəyən amildir. Özlərindən soruşmurlar ki, ümumiyyətlə dünyada Fələstin xalqı mövcud olub, yoxsa yalandır. Əgər Fələstin adlı bir torpağın olduğunu qəbul edirsinizsə, bəs onun xalqı hanı? Bir xalqı və bir coğrafi adı bütövlüklə Yer kürəsindən silmək istədilər. Bu gün onların humanizmi, liberalizmi və demokratiyası elə bir qapalı və avtoritar həddə çatmışdır ki, Əfqanıstan xəbərlərini yayımlamaq üçün hətta bir xarici media qurumuna da icazə vermək istəmirlər. Bu, Qərbin nəzərində xəbərin azad yayımıdır. Bu nüsxə rüsvay olmuş və səhv çıxmışdır. Eyni zamanda İslam inqilabının sayəsində izzət və hörmət əldə etmiş, ona görə, İslamın, imamın və inqilabın tərəfdarı olduğunu bildiyinə görə dörd nəfərin hörmət etdiyi filan məmurumuz qəflətən İslam demokratiyasının qarşı tərəfi olan Qərb liberal-demokratiyasının tərəfdarı olur. Ümumiyyətlə İslam demokratiyası və İslamda azadlıq bu deyil, başqa bir həqiqətdir. Bəzən belə nümunələr nadir şəkildə tapılır. Əlbəttə, mən Allaha şükür edirəm ki, ölkənin birinci dərəcəli məmurları İslamın əsaslarına dərindən etiqadlıdırlar. Düşmən özünün düşüncə və siyasi təsirini həssas yerlərə çatdıra bilməmişdir. Bu gün üç hakimiyyətin başçıları və ölkənin birinci dərəcəli məmurları imamın və inqilabın amalına dərindən etiqadlıdırlar. Amma bəzi orqanlarda belə nümunələr peyda olur. Mən o gün də buna toxundum.
Dostları ilə paylaş: |