Fələstinlilərin adı ilə bu işi görən bu şəxslərin xəyanəti bu günə qədər Fələstinə olunmuş bütün xəyanətlərdən çirkin, ağır və pisdir. O xalq üçün də nə bir iş gördülər, nə də görə bilərlər. Amerikada yaşayan bir fələstinli ərəb yazıcı yazmışdır ki, Ərəfatın bu təşkilatı hələ Qəzzə şəhərinin zibillərini küçələrdən yığışdıra bilməmişdir. Amma həmin müddətdə xalqın casusluğunu etmək üçün beş təhlükəsizlik komitəsi təşkil etdilər. Bu oldu Fələstin dövləti? Bu oldu Fələstin xalqının qayıdışı? Bu oldu Fələstin hüququnun bərpası? Bunlar bu qədər həyasızdırlar. Bu şəxs israillilərlə ilk müzakirələrinə başlayanda mən dedim ki, o həm xaindir, həm də axmaq. Əgər xain, amma ağıllı olsaydı, bundan yaxşısını edərdi. Əlbəttə, mən tam bilmirəm, amma güman edirəm ki, amerikalılar və İsrailin casus şəbəkələri bunların zəif cəhətlərindən istifadə etdilər. Bunların zəif cəhətləri çoxdur, dünya adamıdırlar. İşdə din olmadıqda belə olur. Bunlar Fələstin Azadlıq Təşkilatını idarə etdikləri bu bir neçə ildə Allah bilir ki, maddi baxımdan, rəftar və əxlaq baxımından nə qədər problemləri olmuşdur. Onlar da deyəsən həmin nöqtələr üzərində dayanmışlar. Bir tərəfdən də yorulmaq, qırılmaq və amallardan imtina etmək bunları bu dəhşətli fəlakətə, həlakət, bədbəxtlik və əbədi lənət bataqlığına saldı. Siz elə bilirsiniz bunları ürəkdən lənətləməyən bir fələstinli ola bilərmi?! Yalnız bunların əlaltılarından və maraqlarda bunlarla şərik olanlardan ola bilər. Dörd-beş milyon fələstinli qaçqın Fələstindən bayırda, təxminən üç milyon fələstinli daxildədir. Baxmaq lazımdır ki, bunların Fələstin barəsində nəzərləri nədir. Bunların yumruqları möhkəmdir, bunların ürəkləri dağlıdır.