İslam dünyası bu böyük problemin və müsibətin yarandığı zaman diqqətsizlik etdi; bu problemə qarşı düzgün yol seçilmədi və işlədilmədi. Düzdür, Fələstində və Fələstindən bayırda dəyərli şəxsiyyətlər vardı. Onların zəhmətlərini görməzdən gəlmək olmaz; misal üçün, mərhum İzzəddin Qəssam, mərhum Hacı Əmin Hüseyni, mərhum Şeyx Məhəmməd Hüseyn Kaşif əl-Ğita. Bunların hamısı sionizm dövlətinin və hökumətinin bu regiondakı varlığının təhlükəsini duydular, söylədilər və mübarizə apardılar. Lakin İslam dünyası və onun vəzifəli şəxsləri öz rollarını düzgün ifa edə bilmədilər. Odur ki, Fələstin xalqının çox təhlükəli olan bu məsələ ilə mübarizəsində tarix boyu yıxılıb-durmalar olmuşdur.