Sionizm dövlətini qurmaqda müstəmləkəçiliyin məqsədi
Ümumiyyətlə yəhudi dövlətinin, yaxud daha doğru desək, sionizm dövlətinin İslam dünyasının bu nöqtəsində təşkil edilməsi hegemonluğun uzunmüddətli bir məqsədi ilə vücuda gəldi. Ümumiyyətlə İslam dünyasının təxminən ürəyi olan bu həssas nöqtədə - yəni İslamın Afrikadan ibarət olan qərb hissəsini Orta Şərq və Asiyadan ibarət olan İslam şərqinə birləşdirən, Asiya, Afrika və Avropa arasında üç yol ayrıcı olan bir yerdə bu dövləti yaratmaq uzun müddət üçün başında İngiltərə dövlətinin durduğu ozamankı müstəmləkəçilərin İslam dünyasına hökmranlığını təmin etməkdən ötrü idi. Yəni əgər nə vaxtsa Osmanlı hökumətinin bəzi dövləri kimi iqtidarlı İslam dövləti vücuda gəlsə, müstəmləkəçilərin, İngiltərənin, Fransanın və digərlərinin bu regiona təsirinin qarşısını ala bilməsin. Odur ki, özlərinə bir baza düzəltdilər. Tarixi sənədlərə əsasən, orada sionizm hökumətini təşkil etmək yəhudi xalqının arzusundan çox İngiltərə dövlətinin müstəmləkəçi bir istəyi idi. Sənədlərə əsasən, o zaman çoxlu yəhudilərin fikri bu idi ki, bu dövlətə ehtiyac yoxdur, bu dövlət onların xeyrinə deyil. Odur ki, bundan qaçırdılar. Buna əsasən, bu bir yəhudi arzusu və ideyası deyildi, daha çox müstəmləkə və İngiltərə ideyası idi. Əlbəttə, sonralar dünya siyasətinin və imperializmin (idarəsi) amerikalıların vasitəsi ilə İngiltərədən alındıqda, bu da müstəmləkə mirasının tərkib hissəsi idi və Amerikaya çatdı. Amerikalılar da maksimum istifadə etdilər və indi də edirlər. Buna görə Fələstinin xilası və işğalçı sionizm dövlətinin məhvi bu regionun xalqlarının, o cümlədən bizim əziz İran ölkəmizin maraqları ilə əlaqədardır. İnqilabın ilk günündən proqramlarının birini sionistlərin nüfuzu və iqtidarı ilə mübarizə edənlər bu hesabla bu işi gördülər.