Bu gün biz təşəbbüsçülüyü ələ almalıyıq. İndiyə qədər həmişə düşmən təşəbbüsçü olmuş, biz isə uzaq başı şikayət etmiş və gileylənmişik. Fələstin düşmənin onlarla təşəbbüsçülüyündən ibarət olan tarixi bir prosesdə sionistlərin tam mülkünə çevrilmişdir. Əvvəlcə fələstinlilərin torpaqlarını almaq, sonra mühacir sionistlərin silahlanması, ondan sonra daxili müharibə, Fələstinin bölünməsinin elan olunması, daha sonra o İslam və ərəb ölkəsinin yeni hissələrinin ələ keçirilməsi və nəhayət hamısının tutulması, Misir, Suriya və İordaniyanın bəzi hissələrinin də ona əlavə olunması. Buraya qədər Fələstinin ərəb qonşuları yalnız bir dəfə təşəbbüsçülüyü ələ almışdır. O da Suriya və Misirin hicri tarixi ilə 1393-cü ilin ramazan hücumu idi. Bu hücum Amerikanın İsraillə birliyinə və İslam ölkələrinin iradə zəifliyinə görə tam nəticələrə çatmasa da, yenə də ərəb cəbhəsinin fəxrinə və ərəb torpaqlarının bir hissəsinin azad olunmasına səbəb oldu. Ondan sonra bu günə qədər həmişə sionistlər, onların himayədarları və birinci növbədə Amerika barışıq şüarları verməkdə və Fələstinin işğalının möhkəmləndirilməsi istiqamətində təşəbbüsçü olmuş və öz həriflərini bacardıqları yerə qədər arxalarınca çəkmişlər. Biz müsəlman dövlətlər Fələstinin xilası yolunda ön xətdə olan ölkələrə daha ciddi köməklər etməli idik. Keçmişdə bizim bəzi hökumətlərimiz ön xətdə olan ölkələrin cəbhəsinə hətta arxadan xəncər də vurublar. Onun bariz nümunəsi Pəhləvi dövründəki İran hökumətidir. Təəssüf ki, o zaman İran sionistlərin təhlükəsiz evi və işğalçı dövlətin səmimi həmkarı idi.