İsraillə müzakirə sözünü təkrarlamaq – onun qəbahətinin sınmasının səbəbkarı
Mən düşünürəm ki, bu sözlərin onlar tərəfindən təkrar edilməsi də pis işdir. Bu mənim fikrimdir. Mənim fikrimcə, bir günahı əməldə yaymaq üçün onun yollarından biri o günahı dillərdə əzbər etməkdir. O qədər desinlər ki, pisliyi aradan götürülsün. Siz bu Fələstin məsələsinə və bəzi fələstinlilərin özləri və Fələstin xalqı üçün qəbul etdikləri bu acı taleyə baxın. Bu gün bu, çox böyük təcrübə və dünyada böyük bir ibrətdir. Hər tərəfdə davamlı olaraq bir nəfər bir söz dedi, digərləri də ona qəzəblənmədilər, daim dedilər ki, bizim İsraillə söhbət etməyimizin nə eybi var? Daha iş o yerə çatdı ki, “işğalçı düşmən” demədilər. Demədilər ki, bu, işğalçı düşməndir. O, fələstinlilərin evində oturub. Nə müzakirəsi?! Onunla müzakirə budur ki, desinlər ay filan-filan olmuş, bizim evimizdən çıx. İşğalçı ilə müzakirə belə olur. Zalımla müzakirə budur ki, filan-filan olmuş, niyə bu qədər zülm edirsən? Müzakirə budur, dostcasına müzakirə aparmaq, getmək, demək, gülmək, onun bir söz deməsi, bunun bir söz deməsi, sonra çənə vurmaq yox. Bundan sonra "işğalçı ilə belə sözlərimiz yoxdur" deməyin nə mənası var?! Davamlı olaraq İsraillə müzakirədən söhbət açan şəxslərə heç kim etiraz etmədi. Nəhayət fikirlərdə onun pisliyi ortadan götürüldü. Sonu da bu acı və qara məsələlərə çatdı.