Müsəlmanların vəzifəsi
Bu gün bizim sözümüz və işimiz budur ki, Fələstin məsləsi İslam baxımından bütün müsəlmanlar, o cümlədən bizim üçün əsaslı bir məsələ və vacib əməldir. Bütün qədim şiə və sünni alimləri açıq şəkildə söyləmişlər ki, əgər İslam vətəninin bir hissəsi İslam düşmənləri tərəfindən işğal olunsa, müdafiə edib işğal olunmuş torpaqları qaytarmaq hamının vəzifəsidir. Hər kəs bacardığı tərzdə və bacardığı keyfiyyətdə Fələstin məsələsi qarşısında məsuliyyət daşıyır. Əvvəla İslam baxımından məsuliyyət daşıyır; torpaq İslam torpağıdır, İslam düşmənlərinin işğalındadır və qaytarılmalıdır.
İkincisi isə səkkiz milyon müsəlmanın bəzisi qaçqındır, bəzisi işğal olunmuş torpaqlar daxilində vəziyyətləri qaçqından da pisdir. Nə özlərinin adi get-gəllərini etməyə cürətləri var, nə öz sözlərini danışmağa icazələri var, nə öz ölkələrinin idarəsində nümayəndələrinin olmasına. Çox zaman namaz qılmalarının da qarşısı alınır. Müsəlmanların qibləsi olan Əqsa məscidini təhdid etdilər. İllər öncə bir dəfə onu odladılar. Sonra da orada guya qazıntı işləri apardılar. Qanunsuz işlər görür və müsəlmanların qibləsi olan Əqsa məscidini ümumiyyətlə İslam formasından çıxarmaq istəyirlər. İslam baxımından bunların hamısı müsəlman üçün məsuliyyət yaradır. Heç bir müsəlman bu məsuliyyətin altından qaça bilməz; bacardığı qədər öz vəzifəsinə əməl etməlidir.
Dostları ilə paylaş: |