Bu gün siz Fələstinin vəziyyətinə baxın. Fələstin bir nümunədir. Əlbəttə, çox mühüm bir nümunədir, amma təkcə Fələstinə məxsus deyil. Fələstinə baxın; İslam ümmətinin vücudunda böyük bir yara var və bu, böyük Fələstin xalqı, tarixi və müqəddəs Fələstin torpağı məsələsidir. Bu torpağın başına nə müsibət gətirdilər? Bu xalqın başına nə müsibət gətirdilər? Bu xalqa qarşı nə edirlər? Məgər Qəzzə hadisəsi yaddan çıxasıdır?! Məgər İslam ümmətinin yaddaşından silinəsidir?! Bu günün özündə Qəzzə xalqına qarşı təzyiqlər, rəhmsizliklər, daşürəkliklər və zülmlər edilir. Hətta sionizm dövlətinin uğursuz qaldığı və öz məqsədlərini həyata keçirə bilmədiyini iyirmi iki günlük müharibədən sonra bu günə qədər Qəzzə xalqına bu zülm edilir və İslam ümməti onu müdafiə edə bilmir. İslam ümməti bu məsələ qarşısında elə dayanıb ki, sanki ona aid deyil, onun haqqı alınmayıb, ona zülm edilməyib. Biz nə üçün beləyik? Nə üçün İslam ümməti bu vəziyyətə düşmüşdür? İslamın və İslam ümmətinin düşmənlərinin əli ilə bu regionda qondarma sionsit İsrail dövləti adlı məhvedici və təhlükəli bir xərçəng vücuda gəlmişdir. Onun zülmünə və böyük günahlarına şərik olan himayədarları hələ də onu müdafiə edirlər, İslam ümməti isə özünü müdafiə edə bilmir. Bu bizim zəifliyimizdir. Nə üçün? İslama qayıtmaqla, əziz İslam Peyğəmbərinin (s) təlimlərini əsas götürməklə bu zəifliyi düzəltməliyik.