Fələstin və Qüds günü məsələsinə gəlincə isə, (deməliyəm ki,) Qüds günü yaxınlaşır. Qüds günü müsəlman xalqların böyük imtahan günüdür. Qüds günü müsəlman xalqların dünyada rəsmi şəxslərin vasitəsi olmadan sözlərini dedikləri gündür. Bu il də Qüds gününün böyük əhəmiyyəti var. Həm Qəzzə hadisəsinə görə - həqiqətən Qəzzədən geri çəkilmək sionistlərə böyük bir məğlubiyyət idi – həm Qəzzə məğlubiyyətindən sonra və o məğlubiyyətin əvəzini çıxmaq üçün amerikalılar, sionistlər və onların bəzi müttəfiqləri tərəfindən aparılan təxribatlara - yəni bəzi İslam və region dövlətləri arasında sionizm rejimlə çirkin rabitəni adiləşdirməyə görə. Buna razı olmamalıdırlar.