Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Qüds gününün dünyada ümumiləşməsi



Yüklə 1,24 Mb.
səhifə234/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   230   231   232   233   234   235   236   237   ...   376

Qüds gününün dünyada ümumiləşməsi


Builki Qüds günü barəsində bir mətləb budur ki, bu əzəmətli hərəkət İslam dünyasında günbəgün daha oturuşmuş və genişlənmişdir. Bu il İslam dünyası əksər müsəlman xalqların bəzi hissələrinin nümayişinə şahid oldu; İslam dünyasının şərqindən - yəni İndoneziyadan tutmuş İslam dünyasının qərbinə - yəni Afrika və Nigeriyaya qədər. Müsəlman ölkələrində harada xalqa Qüds günü öz niyyət və iradələrini göstərmək icazəsi verildisə, xalqın toplumları gəlib bu məsələyə qarşı öz hisslərini bildirdilər. Hətta Avropada yaşayan müsəlmanlar, Avropa ölkələrinin və müəssisələrinin təəssübkeş təzyiqləri altında olan azlıqlar da Qüds gününü uca tutdular. Bu onu göstərir ki, Fələstinin işğalçılarının və onların himayədarlarının iradəsinin əksinə olaraq, Fələstin məsələsi İslam dünyasında günbəgün daha da canlanır. Onların niyyətləri bu idi ki, Fələstin adını müsəlman xalqların yaddaşından silsinlər. Onların iradəsi bu idi. Onların məqsədi bu idi ki, Fələstinin xəritəsini, Fələstin adlı bir xalqı bütünlüklə İslam dünyasının coğrafiyasından silib məhv etsinlər. Bu böyük faciədən ötən altmış ilin hamısında da özlərinin bütün fəaliyyətlərini bu məqsəd ətrafında mərkəzləşdirdilər. Lakin baş verən onların istədiklərinin və izlədiklərinin əksidir. Bu gün İslam dünyası Fələstin məsələsinə qarşı olduqca daha həssas və daha maraqlıdır. Səbəb budur ki, İslam dünyası oyanmışdır. Əgər bu oyanış 1948-ci ildə - Fələstinin rəsmən işğal olunub sionistlərə verildiyi zaman mövcud olsaydı, şübhəsiz, reallıqlar ayrı cür olardı və İslam dünyasının bu acı hadisəsi baş verməz, İslam ümmətinə bu dərin yara vurulmazdı. Bu gün müsəlmanlar oyaqdırlar, diqqətlidirlər və Allahın lütfü ilə günbəgün daha da oyanacaqlar. Mən deməyi lazım bilirəm ki, bu beynəlxalq dəstəyin və genişlənmənin ən mühüm amillərindən biri igid Fələstin xalqının dirənişi və müqavimətidir. Biz Fələstin xalqını salamlayırıq. Bu millət həqiqətən sübuta yetirmişdir ki, müsəlmanlıq adına və diri bir xalq adına layiqdir. Biz buradan siz müsəlman cəmiyyətin önündə Fələstin xalqına, Fələstinin qanuni hökumətinə və mücahid qardaşımız cənab Həniyyəyə deyirik: Bilin ki, İran xalqı sizi yalqız qoymamışdır və qoymayacaq!

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin