Beşinci fəsil: İslam hökumətlərinin məsuliyyəti Müsəlman xalqların və hökumətlərin vəzifəsi
Bu rejim davam edəsi deyil. Sionistlər güman edirlər ki, Fələstinə hakim ola bilmişlər və Fələstin əbədəlik onlara məxsusdur. Xeyr, belə deyil. Fələstinin taleyi bir gün mütləq Fələstin ölkəsi olmaqdır. Fələstin xalqı bu yolda qiyam etmişdir. Müsəlman xalqların və hökumətlərin vəzifəsi budur ki, bu məsafəni bacardıqca azaltsınlar və Fələstin xalqının o günə çatması üçün bir iş görsünlər.
Bu gün bizim hamımız Fələstin xalqını mənəvi və maddi baxımdan himayə etməyə borcluyuq.
Amerika təxribatının ən mühüm çarəsi işğal olunmuş torpaqlar daxilində və fələstinli mübarizlərin güclü əllərindədir. Lakin bütün müsəlmanlar bu cihadda iştirak etməyə və onlara sarı maliyyə, siyasi, informasiya, hərbi və texnika yardımlarını yönəltməyə borcludurlar. Fələstin xalqı tənhalıq hiss etməməlidir. Sionistlər və fələstinli mübarizlərin işgəncə və qətllərinin səbəbkarları dünyanın heç bir yerində təhlükəsizlik duymamalıdırlar. Dünyanın hər yerində hökumətlər və xalqlar tərəfindən mübariz fələstinlilərə yardım fondları və dəstək mərkəzləri təşkil olunmalıdır. İşğalçı dövlətə qarşı iqtisadi embarqo, onu rəsmən tanımamaq bütün müsəlman hökumətlərin vəzifəsidir və xalqlar bu məsələyə həssas yanaşmalıdırlar. Bu işlərlə və bütün mümkün işlərlə mövcud təxribata qarşı mübarizə aparılmalı və onun təsirinə maneçilik törədilməlidir. Hər halda Fələstin məsələsinin yalnız bircə həll yolu var. O da bütün Fələstin torpağında bir Fələstin hökuməti təşkil etməkdir.
Dostları ilə paylaş: |