Media qurumlarının və informasiyaın roluna çatırıq. Bu mübarizə səhnəsi ümumi bir səhnədir. Bütün İslam dünyasında hər kəsin üzərinə öz bacarığı qədər vəzifə düşür və rolunu oynamalıdır. Bu gün dünya media qurumlarının və təbliğatın dünyasıdır. Bu gün sizin qarşınızda İslam dünyasının düşmənlərinin xəbər imperatorluğu durur. Bunların çoxu sionistlərin nəzarətindədir. Bu gün kütləvi informasiya vasitələri tərəfindən dünyanın - o cümlədən ərəb və İslam ölkələrinin və müsəlmanların özlərinin ictimai rəyinə sarı birtərəfli bir xəbər və təhlil avtobanı mövcuddur. Sionistlər öz işlərinin əvvəlində informasiya və təbliğat vasitələrinə sarı getdilər. Onların siyasətlərindən biri dünyanın təbliğat vasitələrini ələ keçirmək idi. Bu gün belədir. Onlar əvvəldən çox mühüm və təyinedici olan və bu günə qədər də təsirini göstərən bir təbliğat metodu seçdilər. O təbliğat metodu özlərini məzlum göstərməkdən ibarətdir. Özlərini məzlum göstərmək üçün çoxlu dastanlar və əfsanələr quraşdırıldı, xəbərlər düzəldildi, dayanmadan səylər göstərildi. Bu gün qəddarlığın zirvəsində ola-ola həmin təbliğat yenə də davam edir. Yəni yenə də təbliğat dünyasında sionistlərin ən mühüm işi özlərini məzlum göstərməkdir. Bunlar yəhudilərin psixoloji nigaranlıq məsələsini ortaya atıb dedilər ki, yəhudilər uzun əsrlər boyunca təzyiq altında olublar, psixoloji cəhətdən nigaranlığa düçar olublar və psixoloji sabitliyə ehtiyacları var. Sionistlər Qərb ölkələrinin başçıları ilə və sonralar İslam və ərəb ölkələri ilə müzakirələrində psixoloji sabitlik məsələsini irəli sürüb dedilər ki, bizim psixoloji sabitliyə ehtiyacımız var və bu təmin olunmalıdır. Bu psoxoloji sabitlik nə deməkdir? Onun heç bir müəyyən mənası və heç bir sonu yoxdur. Hər hansı bir addım atılmaq istədikdə əgər onların xeyrinə olmasa, psixoloji sabitlik bəhanəsi ilə onu zərərsizləşdirə bilirlər. Dünyada bir çoxlarını qane etdilər ki, psixoloji sabitliyə ehtiyacları var və onların bu sabitliyi təmin olunmalıdır.
İsrailin psixoloji sabitlik ehtiyacını təmin etmək torpaqlara göz yummaqdan daha çətindir. Siz torpağı əldən verdikdə nəyi əldən verdiyinizi bilirsiniz. Lakin İsrailin psixoloji sabitliyə dair ehtiyacını təmin etmək istəsəniz, haraya qədər təslim olmalı və nə qədər güzəştə getməli olduğunuzu bilmirsiniz. Bu güzəştə getmənin sonu yoxdur, ardıcıl olaraq imtiyaz vermək lazımdır. Bu sahədə Avropanın təcrübəsi ibrətamizdir. Almaniya yəhudilərə 150 milyard mark kompensasiya ödədi, amma onların Almaniyadan təzminat istəmələri hələ bitməmişdir. Yenə də təzminat tələb edirlər və onlara verilməlidir. Yəhudilərin Almaniyaya qarşı gördükləri iş az-çox digər Avropa ölkələrinə – misal üçün, Avstriya, İsveçrə, Fransa, hətta bir neçə il öncəyə qədər Vatikana qarşı da edildi. Hamı təzminat verməlidir. Bu təzminat bitəsi deyil.
Psixoloji cəhətdən israillilərin çox əhəmiyyətli fəaliyyətləri vardır. Qərbin bütün siyasətçiləri, jurnalistləri, ziyalıları, məmurları və görkəmli şəxsləri insan yandıran sobanın xatirə binası önündə təzim göstərməlidirlər. Yəni hamı doğruluğu bəlli olmayan əhvalat üzərində təkid göstərməli, özünü o hadisəyə borclu bilməlidir. Bunlar təbliğatda işlətdikləri üsullardır və hamısı özlərini məzlum göstərməyə yönəlmişdir.
Əlbəttə, dünyanın digər bir hissəsində Tövratda qeyd olunmuş dastanlara arxalanaraq - yəni bura İsrail övladlarına bağışlanmış torpaqlardır - bir çox məsihiləri də özləri ilə həmfikir və həmrəy etmişlər. Mən bir statistikada gördüm ki, bunlar bəzi ölkələrdə, əsasən də Amerikada həmin təbliğatla ictimai rəyin dayağı kimi milyonlarla qeyri-yəhudi sionist yetişdirə bilmişlər. Bunlar illərdir bu təbliğatı aparırlar. Bu gün də həmin təbliğat dünyada bacardıqları qədər güclü şəkildə davam edir.
Onlar baş verən hadisələrdən, məsələn 11 sentyabrda Nyu-York və Vaşinqtonda baş verən hadisədən maksimum istifadə edib Fələstin məsələsini İslam dünyasının məsələləri sırasından kənarlaşdıra bildilər. Amerika bu cəhətdən də sionistlərə hərtərəfli kömək göstərdi. Lakin qarşı tərəfdən, azadlıq iddiası edən ölkələrdə fələstinli qadınların və uşaqların həyatına od vurmağa etiraz etməyə və bu gün Fələstin xalqı əleyhinə edilən qəddarlıqları söyləməyə heç kəsin haqqı yoxdur.
İnsanın düşmənin bu təbliğat üsulu və psixoloji dərkilə tanışlığına görə, İslam ölkələrinin informasiya vasitələrinin məsul şəxsləri və əməkdaşları öz məsuliyyətlərini bilməli və yollarını tənzim etməlidirlər. Bu, həyati əhəmiyyətə malik olan bir işdir. Bu gün təkcə Fələstin xalqı üçün yox, hətta İslam dünyası üçün bu bir həyati iş və ağır vəzifədir.
Bir misal və örnək kimi mən dostların xəbərdar olduğu Livanın cənubunun təcrübəsini demək istəyirəm. Livanın mübariz gəncləri və möminləri sionistlərin əleyhinə apardıqları əzəmətli mübarizədə təbliğat amilindən gözəl və layiqli şəkildə istifadə edə bildilər. Onlar müqavimət və fədakarlıq ünsürünü İslam dünyasına düzgün çatdırmağı bacardılar. Düşmən bundan təngə gəlir. Bütün İslam dünyası Livanın cənubunda müqavimətin nə etdiyini, nə iş görmək istədiyini və məqsədinin nə olduğunu anladı. Orada təbiğat yaxşı və düzgün tərzdə işlədildi; doğmalar ruhlandı, düşmənin ruhiyyəsi zəiflədi və təngə gəldi. Bu bizim həmişə görməli olduğumuz işdir. İslam dünyası həmişə mübarizə halında və hücum altındadır. Bu gün sionistlərin caynağında olan və gecə-gündüz hücuma məruz qalan yer İslam dünyasının bədəninin bir parçasıdır. Odur ki, bu məsələnin xeyrinə informasiya vasitələrindən maksimum istifadə olunmalıdır.
İşğalçı sionistlər əleyhinə təbliğatın strategiyası üçün əsaslı bir proqram lazımdır. Bizim taktika formasında hər bir mövqedə məzlumluqların bir hissəsini bəyan etməyimiz yetmir. Bütün İslam dünyasında müştərək formada ümumi bir təbliğat strategiyası təyin edilməli və ona əməl olunmalıdır.
Dünyanın böyük media qurumları bizim ixtiyarımızda deyil. Amma ixtiyarımızda olanlar da az deyil. Biz bütün İslam dünyasına məxsus olan sərvətlərimizdən və varlığımızdan maksimum istifadə etməliyik.
Biz Fələstin xalqını təslim və ümidsiz etməyə kömək etməməliyik. Biz həqiqəti bəyan etməliyik. Həqiqət ümid, yeni üfüq, sionistlərin diz çökməsi və onları himayə edən qüvvələrin imanına arxalanıb hərəkət edən bir xalqın ümumi hərəkəti qarşısında möhtac və aciz olmasıdır. Birlikdə hərəkət edən və öz imanına arxalanan xalq məğlub olmaz. Biz meydanda və səhnədə olan şəxslərin qəlbində daha artıq ümid yaratmaq üçün bu həqiqətləri işıqlandırmalı və müqavimətin psixoloji şəratini təmin etməliyik. İnformasiya vasitələrinin vəzifəsi müqavimətin psixoloji şəraitinin yaranmasına çalışmaqdır.
İslam və ərəb informasiya sistemləri elə rəftar etməlidirlər ki, mənası qarşıdurmadan uzaq qalmaq olmasın. Siz meydanın içindəsiniz; istər istəyəsiniz, istər istəməyəsiniz. Bu gün elə bir gündür ki, bizim hər bir addımımız gələcək tarixə təsir qoyur və qeyd olunur. Biz ümidvarıq ki, bütün İslam dünyası bu məsələni bütün cəhətləri ilə yaxşı dərk edib vəzifəsinə uyğun əməl etsin.
Dostları ilə paylaş: |