Müsəlman alimlərin, ziyalıların, siyasətçilərin, şairlərin, yazıçıların, sənət adamlarının və universitet mənsublarının məsuliyyəti
Hamı bu sahədə məsuliyyət daşıyır; ziyalılar, siyasətçilər, şairlər, yazıçılar, sənət adamları və universitet mənsubları məsuliyyət daşıyırlar. Bunlar təsirli təbəqələrdir. Bunlar media qurumlarını düzgün qidalandıra bilən şəxslərdirlər. Sizin burada toplanmanızın özü böyük bir hadisədir. Bu toplantıda siz bunu bütün İslam dünyasında sistemli bir media hərəkəti üçün bir təməl edə bilərsiniz. Bu mümkün işdir. Nə üçün biz öz imkanlarımızdan istifadə etmirik?
İslam dünyasının bir çox yazıçı və ziyalıları bəzi İslam ölkələrinin və sionistlər qarşısında münasib rəftarı olmayan hökumətlərin başçılarına etiraz edib deyirlər ki, nə üçün özünüzün neftinizdən, sərvətinizdən və siyasi imkanlarınızdan sionistlərin əleyhinə istifadə etmirsiniz. Əlbəttə, bu etiraz düzgündür və bizim fikrimizcə yerli iraddır. Lakin eynilə həmin sualı ziyalılıq və yazıçılıq dünyasından və universitet mənsublarının dünyasından da soruşmaq olar: Nə üçün əzəmətli elm və ziyalılıq sərvətindən lazımınca və layiqincə istifadə olunmur? Bəzən bir şeir və bir qəsidə çoxlu pul və sərvətlərin qoya bilmədiyi təsiri qoyur. Bir gün bir fələstinli şair bir qəsidə deyib ərəb dünyasının qəlbini təlatümə gətirdi. Bu, 88-89-cu illərə aiddir. Bəzən yaxşı bir media fəndinin, yaxud sistemli təbliğat fəaliyyətinin təsiri neft kranlarını bağlamaqdan da artıq olur.
Siz İslam alimlərinin, müsəlman ölkələrin yazıçılarının, ziyalılarının və tələbələrinin daha təcili vəzifələri var. Siz xalqları Amerika və İsrailin İslam dünyası üçün hazırladığı müsibətin əzəməti ilə tanış edib möhtəşəm milli qüvvəni onunla mübarizəyə səfərbər edə bilərsiniz. Özlərini bu xəyanətlə yoldaşlığa hazırlayan hökumətlər öz xalqlarının qəzəb təhlükəsini bilməlidirlər.
Bütün İslam dünyasında İslam alimlərinin, həmçinin İslam dünyasının ziyalılarının xüsusi məsuliyyətləri var. Amerikalıların bir hərəkətdən sırf narazı olmaları filan alimi və filan müftini bir ərəb və müsəlman ölkəsində İslam əleyhinə mövqe seçməyə vadar etməməlidir. Təəssüf ki, son hadisədə İslam dünyasında bir-iki belə nümunə müşahidə olundu. İslam alimləri, İslam ölkələrinin alimləri və İslam dünyasının ziyalıları, bütün İslam dünyasında olan şairlər, natiqlər, yazıçılar, sənət adamları və tələbə təbəqəsi hamılıqla bu gün Fələstin xalqını himayədə rol oynamalıdırlar. Bu onların vəzifəsidir və bu rollar təsirli olub bu məzlum xalqa yardım göstərə bilər. Dil və söz kifayət etmir. Xalqın qətiyyətli mövqeyi bir çox köməklərdən daha üstün və daha təsirlidir. Bu vəzifədir. Ümidvarıq Allah-Taala bu vəzifəni yerinə yetirə bilmək üçün hamıya uğur bəxş etsin.
Bu gün müsəlman, xüsusən də ərəb hökumətləri və xalqlarının öhdəsinə ağır vəzifə düşür. Sözsüz ki, hökumətlərin vəzifəsi olduqca ağır və mühümdür. Lakin xalqların, xüsusən də din alimlərinin, siyasi şəxsiyyətlərin, universitet şəxsiyyətlərinin, ziyalıların və digər təsirli qüvvələrin vəzifəsi hökumətlərin vəzifəsindən yüngül deyil. Bu vəzifə kömək etməkdən, ruhlandırmaqdan və bu müqəddəs cihadı davam etdirməkdən ibarətdir.
Allah-Taaladan istəyirəm ki, bu vəzifəyə əməl etmək üçün bizim hamımıza uğur bəxş etsin.
Dostları ilə paylaş: |