Hacıların Fələstin məsələsinə qarşı vəzifəsi
Allah evinin hacıları və bu il bütün dünyadan Allahın evinə toplaşan qardaş və bacılar çalışıb müsəlmanların problemini irəli sürməklə, onların arasında birlik və həmrəylik yaratmağa çalışmaqla, - bu, müsəlmanların qızıl və güc imperatorluğunun caynağından və beynəlxalq istismarçılıqdan xilası üçün əsas şərtdir - İslamın əsaslı təlimlərini yaymaqla və müasir dövrdə müsəlmanların böyük vəzifələrinə dair fikir mübadiləsi aparmaqla həcci İbrahim və Məhəmməd (s) həccinə çevirsinlər.
Əzəmətli imam və İslamın böyük rəhbəri olan İmam Xomeyni tərəfindən irəli sürülən İsrailin xərçəng vəzisinin məhvi şüarı siyasətbaz sülh tərəfdarlarının istəyinə rəğmən, güclü və möhkəm şəkildə ortaya qoyulmalı və həcdə müsəlmanların ümumi səsinə çevrilməlidir.
Həcdə İslam dünyasının problemləri araşdırılmalıdır. İslamı və müsəlmanların ümumi heysiyyətini qorumağa hazırlıqdan sonra müsəlmanların ən böyük ümumi məsələsi məzlum və mübariz xalqların məsələsidir. Azğınlığın, küfrün və hegemonluğun əli onları məzlum və ən çətin həyat şəraitinə məcbur etmişdir. Məzlum Fələstin xalqı belə xalqlara bariz bir nümunədir. Bu xalq qırx ildir öz yurd-yuvasından qovulmuşdur, yaxud öz vətənində qərib şəkildə yaşayır. Bu, İslam ümmətinin bədəninə vurulan qanlı və ağrılı yaradır; bu yara müstəmləkəçi və İslam əleyhdarı olan hökumətlərin təxribatı və sionistlərin cinayətkar əli ilə qırx il öncə vurulmuş və üzərinə hər gün duz səpilmişdir.
Bu da beynəlxalq təşkilatların və bəzi Avropa ölkələrinin, İngiltərənin və digərlərinin rəftarı! Yaxşı, orada bir qrup müsəlman məzlum olmuşdur və nə vaxt qətliam ediləcəyini gözləyir. Müsəlmanlar bu barədə nə etsinlər? Həcdən başqa bir yol varmı?! Hegemonçu qüvvələri qorxudan amil xalqdır. Dünyanın filan küncündə keçirilən filan konfransda bir neçə ölkənin oturub bir qətnamə qəbul etməsinə əhəmiyyət vermirlər. Yüz qətnamə də qəbul etsələr, nəticəsizdir. Məgər işğalçı sionistlər əleyhinə indiyədək bir neçə qətnamə qəbul olunmayıb?! Yəni heç nə; yəni hava! Qətnamənin faydası yoxdur. Hegemonçu qüvvələri həqiqi mənada qorxudan və durduran amil xalqların fəallığıdır. Bu iş üçün həcdən yaxşı yer varmı?! Bütün İslam ölkələrindən oraya iki milyon müsəlman toplaşır. Onların hər hansı birindən "Sizin Qorajde barəsində fikriniz nədir?" - deyə soruşsan, cavab verəcək ki, Qorajdeyə gedib oranın məzlum müsəlmanlarını müdafiə etmək istəyirəm. Heyf deyil ki, biz bu camaatı əldən verək?! Heyf deyil ki, bu qədər faydalı olan və bu qədər müsəlmanın canını xilas edə bilən belə yaxşı bir toplantı əldən çıxsın?! Bu, həcci siyasiləşdirməkdir?!
Dostları ilə paylaş: |