Üçüncü cəhət beynəlxalq təşkilatların və dövlətlərin sükutudur. Bu hadisələr insan hüquqlarına bu qədər aşiq olan, ürəkləri insan hüquqları üçün bu qədər yanan bu avropalı cənabların gözləri qarşısında baş verir, lakin çox yerdə sükut edirlər, çox yerdə zalım tərəfə kömək edirlər. Doğrudan da təəccüblüdür. Amerika heç, Amerikanın özü cinayətin şərikidir. Amerika hökumətlərinin qolu dirsəyə qədər fələstinlilərin qanına batmışdır. Əgər bir məhkəmə fələstinlilər barəsində hökm çıxarmalı olsa, bu məhkəmənin müttəhimi təkcə Şaron və sionistlər olmayacaq, həm də Amerika, Buş, Buşun dəstəsi və Amerika hökumətləri olacaq. Bunlar da ittihamın birinci sırasındadırlar. Amma onlar heç, söhbət beynəlxalq təşkilatlardan gedir, Birləşmiş Millətlər Təşkilatından gedir, insan hüquqlarından bu qədər dəm vuran, lakin insan hüquqlarını həqiqətən tanımayan və onlara əsla hörmət etməyən Avropa dövlətlərindən gedir. Əlbəttə, bu məsələ digər dövlətlərin də məsələsidir; müsəlman dövlətlərin. Bunların sükutu doğrudan da təəccübləndiricidir.