Cinayətlərdə İsrailin məqsədi
Bunlar dünya üçün iki şey müəyyən etmək istəyirlər: biri budur ki, bu xərçəng vəzisi nəyin bahasına olursa olsun, qalmalıdır; ikincisi isə, dünyaya demək və başa salmaq istəyirlər ki, siz bu gün hegemonluqla üz-üzəsiniz. Biz hegemonluq etmək istəyirik, kim nə demək istəyirsə, desin. Yəni dünya xalqını qane etmək istəyirlər ki, Amerikanın süngü və hərbi gücü qarşısında heç bir söz və heç bir hərəkət heç bir işə qadir deyil.
Əlbəttə, indiyədək məğlub olmuşlar və bütün bu qüdrətli çıxışlara rəğmən, öz məqsədlərinə çatmamışlar. Nə üçün? Çünki Fələstin təslim olmamışdır. Onlar təzyiqlə, qırğınla, rəhmsizliklə və bütün insani əlamətləri tapdamaqla Fələstin xalqını təslimə vadar etmək, bu xalqın qolubağlı şəkildə onların boyunduruğu altına girməsini və özünün haqlı istəklərindən əl çəkməsini istəyirlər. Amma indiyədək bacarmayıblar. Amerika və İsrailin təsəvvürünün əksinə olaraq, təsirli olan bu güc və zorakılıq deyil, insanların bütün məsələlərdə son sözü deyən iradə və imanlarının qüvvəsidir. Bu məsələdə də belə olacaq.
Dostları ilə paylaş: |